VERGİLƏR NAZİRLİYİ VƏ DÖVLƏT GÖMRÜK KOMİTƏSİ SAHİBKARLARLA GÖRÜŞ KEÇİRƏCƏKLƏR
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də sahibkarlarla görüşündə vergi və gömrük orqanlarının işdə yol verdikləri nöqsanları ciddi tənqid etmişdir. Ölkəmizin başçısının tənqidi fikirləri ilə əlaqədar və sahibkarlığın inkişafında mövcud problemlərin həlli yollarını müzakirə etmək üçün martın 27-də Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin sahibkarlarla görüşü keçiriləcəkdir. Görüşdə iştirak etmək istəyənlər Vergilər Nazirliyinin 195 nömrəli vahid telefon xidmətinə və 39-53-65; 39-52-74 nömrəli telefonlarla isə Vergi Ödəyicilərinə Xidmət İdarəsinə zəng vurub əlavə məlumat ala bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]
AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək
- 30.09.2026 [15:35]
Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək
- 30.09.2026 [15:10]
® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır
- 30.09.2026 [15:09]
Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək
- 30.09.2026 [14:54]