Vətən müharibəsi dövründə 294 sahibkara kompensasiya ödənilib
Bakı, 24 yanvar, AZƏRTAC
44 günlük Vətən müharibəsi dövründə 294 sahibkarlıq subyektinə dəyən zərər üzrə 4,7 milyon manat həcmində kompensasiyanın ödənilməsi təmin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov yanvarın 24-də ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, müharibə dövründə sahibkarlara dəymiş ziyanın qiymətləndirilməsi prosesinin təşkili KOBİA-ya həvalə edilib.