Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsində Zəfərimiz Prezident İlham Əliyevin qətiyyətinin, xalqa sevgisinin, dövlətçiliyə sədaqətinin nəticəsidir

Vətən müharibəsində Zəfərimiz Prezident İlham Əliyevin qətiyyətinin, xalqa sevgisinin, dövlətçiliyə sədaqətinin nəticəsidir

Bakı, 26 sentyabr, AZƏRTAC

Ermənistanın işğalçılıq siyasəti elan edilmədən başlayan müharibəyə, müharibə isə Azərbaycan torpaqlarının işğalına səbəb oldu. Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etmədi, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin tövsiyələrinə, təkliflərinə məhəl qoymadı. Bunlara görə ona heç bir beynəlxalq təzyiq göstərilmədi. Belə loyal münasibətə görə Ermənistan mövcud status-kvonu saxlamaq məqsədilə danışıqlardan yayınırdı. Prezident İlham Əliyev birmənalı şəkildə bildirirdi ki, Azərbaycan xalqı, Azərbaycan dövləti heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməz. Bu qətiyyət Ermənistanı da, onun havadarlarını da niyyətindən çəkindirməli idi. Lakin Ermənistan yeni ərazilər işğal etmək niyyəti ilə istər dövlət sərhədindən, istərsə də Azərbaycanın işğal edilmiş ərazilərdən ölkəmizə hücumlar edirdi. Azərbaycan Ordusunun bölmələri isə bu hücumların qarşısını qətiyyətlə aldı - 2016-cı ilin aprelində də, 2020-ci ilin iyulunda da.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Səbinə Xasayevanın “27 sentyabr Zəfərimizin başlanğıc tarixidir" sərlövhəli məqaləsində yer alıb.

Məqalədə, həmçinin bildirilir ki, Ermənistan ordusu sentyabrın 27-də müxtəlif istiqamətlərdən müxtəlif təyinatlı silahlarla yenidən hücum etdi. Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ordumuz əks-hücum əməliyyatına başladı. Bu, Vətən müharibəsi idi.

Düşmən işğal etdiyi ərazilərdə müdafiə sistemi yaratmışdı, onu illərlə möhkəmləndirmişdi, təkmilləşdirmişdi. Yaratdığı “Ohanyan səddi” ilə qürurlanırdı, ordusunu və əhalisini inandırmağa çalışırdı ki, Azərbaycan Ordusu bu səddi keçə bilməz. Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu düşmənin müdafiə səddini darmadağın etdi. Müxtəlif istiqamətlərdə gedən döyüşlərdə düşmən ağır məğlubiyyətlərə uğrayırdı. Düşmənin ordusu müqavimət göstərə bilmirdi, bəzi döyüşlərdən sonra geri çəkilirdi, hərbçiləri döyüşdən yayınırdı, qaçırdı. Bu, düşmənin məğlubiyyətini yaxınlaşdırırdı.

Xalqımız Ordumuzun qələbəsinin iştirakçısı idi, Silahlı Qüvvələrimizə bütün səviyyələrdə mənəvi və maddi dəstək göstərirdi. Vətən müharibəsində analar cəbhəyə, döyüşən orduya həm ana sevgisi ilə hazırladıqarı yeməklər, həm də əlcək, şərf və s. toxuyub göndərirdi. Döyüşçülərin bunlara ehtiyacı yox idi, ancaq bu hədiyyələr onların döyüş əzmini, qələbə ruhunu daha da coşdururdu. Bir ana göndərdiyi hədiyyələrin içinə bir məktub da qoyubmuş: “Oğlum Birinci Qarabağ müharibəsində şəhid oldu. Onun paltarlarını indiyə kimi saxlayırdım. İndi oğluma qardaş bildiyim sən əsgər oğluma göndərirəm. Mənə oğlumun dərdini qazanacağınız Qələbə unutduracaq, oğlum. Qələbədən sonra qarşıma çıxan ilk əsgərə oğlum deyəcəyəm. Onda oğlumun ruhu da sənə - əsgər qardaşına sağ ol deyəcək...”. Bu məktub Vətən müharibəsinin mahiyyətinin nə olduğunu bütün çalarları ilə göstərir. Yəni, Vətən müharibəsi xalqın müharibəsi idi. Hamı özünü döyüşənlərin sırasında hiss edirdi...

2020-ci ilin 27 sentyabrı son 30 ilin ən yadda qalan tarixi günlərindən biridir. İşğalçı dövlət sülh danışıqlarından yayınırdı, beynəlxalq təşkilatlar bu danışıqların baş tutmasını təmin edə bilmirdi. Dünyanın aparıcı dövlətləri də müəyyən məqamlarda işğalçının mövqeyinə ciddi etirazını bildirmirdi. Bu, qeyri-rəsmi himayədarlıq idi.

Vətən müharibəsi ərəfəsində Türkiyənin milli müdafiə naziri Hulusi Akar demişdi: “Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil”. Bu səmimi fikir Vətən müharibəsində reallaşdı. “Bayraktar”lar düşmənin müdafiə sədlərini, qruplaşmalarını, strateji mövqelərini, canlı qüvvəsini darmadağın etdi. Nə düşmən, nə də onun havadarları bu hücumu dayandırmaq gücündə, qüdrətində deyildi.

Azərbaycan Ordusu qətiyyətlə döyüşürdü. Müxtəlif istiqamətlərdə qazanılan mövqe qələbələri ordumuzu son döyüşə yaxınlaşdırırdı.

Vətən müharibəsindən sonra dünya mətbuatında müxtəlif səpkili, məzmunlu məqalələr dərc edildi. Əksəriyyətində Azərbaycan Ordusunun gücü, qüdrəti etiraf edilir, əsgərlərinin döyüş əzminə, qələbə ruhuna heyrət ifadə olunurdu. “400 nəfər görürdük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdilər. Əlbəttə ki, belə bir qüvvəyə tab gətirmək mümkün deyil”. Bu fikirlər muzdlu erməni döyüşçüsünün etirafıdır.

Vətən müharibəsi vətənpərvərliyin işğalçılıqla, azərbaycançılığın erməniliklə döyüşləri idi. Bu müharibə xalqın Qələbə ruhunun müharibəsi idi.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətlərinin birində dedi: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq”. Bu Zəfərin başlanğıcı Prezidentimizin qətiyyətində, xalqa sevgisində, dövlətçiliyə sədaqətində, xalqın Orduya dəstəyindədir. Bu Zəfərin başlanğıcı tarix olaraq 27 sentyabrdır. Bu tarixi Zəfərlə Ermənistanın işğalçılığına son qoyuldu. Azərbaycan Ordusu Ermənistanın ordusunu darmadağın etdi.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılmasının həm siyasi, həm də iqtisadi əhəmiyyətə malik olduğunu hamı bilir və buna bir ürək dolusu sevinir. Ölkə başçısı Kəlbəcərə və Laçına səfərində çıxışında dedi: “...Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm də Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi...”. İndi dünya qalib Azərbaycan dövlətinin qüdrətinin konturlarını daha əhatəli görür.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışında qürurla bildirdi ki, Vətən müharibəsində qazandığımız Zəfər dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzindədir: “Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində bizim müharibəmiz, İkinci Qarabağ müharibəsi öyrənilir”. Deməli, Vətən müharibəsinin timsalında Azərbaycanın yeni tarixi dünyada öyrənilir.

Həmin mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğalçı dövlət olduğunu bir daha xatırladaraq dedi: “Onlar bütün strateji yüksəkliklərə sahib idilər. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi. Onlar hesab edirdilər ki, bu müdafiə xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar, böyük yanlışlığa, səhvə yol verdilər. Onlar bilmirdilər ki, Azərbaycan xalqı bu 30 il ərzində bir amalla yaşayır: nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğalçılardan azad edək. Biz bu amalla yaşamışıq. Bizi Qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi Qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi”. Vətən sevgisi Azərbaycan Ordusunun şəxsi heyətinin malik olduğu mənəvi dəyərləri ümumiləşdirir. Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş hazırlığını yüksək mənəvi-psixoloji hazırlıq tamamlayır. Bu vəhdət ordunun gücü deməkdir. Ordumuz güclüdür. Bu güc Vətən müharibəsində özünü göstərdi. Buna görə 27 sentyabr yeni tariximizdə unudulmayacaq tarixi gündür...

Ordumuz torpaqalarımızı işğaldan azad etdi. Bu Zəfərin həm böyük hərbi dəyəri oldu, həm də böyük siyasi dəyəri. Dünya dövlətləri Vətən müharibəsindən sonra Azərbaycanla daha sıx ikitərəfli iqtisadi əlaqələri davam etdirməyə, genişləndirməyə maraq göstərir. Güclü dövlətlə belə əlaqələr həmişə tərəfdaşa səmərə verir.

Bu yaxınlarda bir məqalədə bir əsgərin inamla, qətiyyətlə dediyi bir fikri xatırlayıram: “Daha heç bir işğalçı dövlət Azərbaycanın torpaqlarına göz dikə bilməz. Hamısı Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü...”. Bu fikir hamıya həm xoş gəldi, həm də hamı belə düşünən əsgərlərimizlə qürurlandı...

Dünya gördü ki, Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdi, Azərbaycan gəncliyi işğaldan azad edilmiş ərazilərimizdə şəhərləri, kəndləri yenidən quracaq.

Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri, Milli Musiqi Günü keçirildi.

Bütün bunlar Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı Zəfərin nəticələridir. Zəfərin başlanğıcı isə 27 sentyabr tarixidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya sərhəd nəzarətini daha altı ay uzatmaq istəyir

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 300-ü keçib

Çempionlar Liqası: “Fənərbağça”nın Fransa klubu ilə qarşılaşması 1:1 hesabı ilə başa çatıb

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Rusiya vətəndaşı vəzifəsindən istefa verib

İki iranlı diplomat Fransadan çıxarılacaq

Türkiyədə zəlzələ olub

"Hapoel"in baş məşqçisi: “Sabah” keyfiyyətli və sürətli komandadır

Ağdaşda və Göyçayda təmir işləri ilə əlaqədar sabah elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Yunanıstanda meşə yanğınları başlayıb

İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Media: Avropanın miqrasiya siyasəti böhranın nəticələrinə yönəlir

"Barselona" Rodrinin transferini açıqlayıb

Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb

Paytaxtın 30 yol sahəsində təmir işləri yekunlaşdırılıb

Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verilib

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü qeyd edilib

Bu saata olan əsas xəbərlər

BƏƏ-nin hava hücumundan müdafiə qüvvələrinin raket təhlükəsi aşkar etdiyi açıqlanıb

DSMF “Əlçatan hüquq” layihəsini davam etdirir

Almaniyada dron təhlükəsizliyi üzrə yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb

Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi mərhələsinin nəticələri elan olunub

“Neftçi” serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Berlin administrasiyasına kiberhücum 50 mindən çox ailənin sosial ödənişlərini riskə atıb

907-ci düzəlişin ləğvi Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni imkanlar aça bilər TƏHLİL

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri – Zaqatalada seminar

“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib

Qivami Rəhimli: Bir ömrün yaddaşında qalan izlər – Tamam Bayatlı

Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika

Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir?

Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın Milli Qəhrəmanı, itkin şəhid Xəqani Aslanovun xatirəsi yad edilib VİDEO

Azərbaycanın üç güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

Bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub VİDEO

® MİDA güzəştli ipoteka krediti – “Expressbank”da

Çempionlar Liqası: “Hapoel” “Sabah”la oyuna tam heyətlə hazırlaşır

TRIPP mövcud nəqliyyat dəhlizlərinə rəqib deyil, onları tamamlayan layihədir – Ekspert rəyi

Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

Sənətşünas: ARKA-nın layihələri dəstəkləməsi kino sahəsində inkişafın göstəricisidir

Tramp: İranla heç bir danışıqlar aparılmır və ya planlaşdırılmır

ABŞ-də Azərbaycan diasporunun fəaliyyəti və yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qazaxıstanda Qurultay seçkiləri üçün 777 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Azərbaycan jurnalistləri Özbəkistanın Milli Uşaq Tibb Mərkəzinin fəaliyyəti ilə tanış olublar VİDEO

Qusarda maşının vurduğu dörd yaşlı uşaq ölüb

Azərbaycan həndbolçusu: Avropa Kubokunda final fitinə qədər mübarizə aparacağıq

Nadir Bədəlov: Festivallarda kinoşünasların rəyi böyük əhəmiyyət daşıyır

Naxçıvanın daşları nə danışır? – Abidələrin arxasındakı böyük Azərbaycan tarixi

Böyük Britaniyanın Baş naziri saxta mesajlaşma ilə bağlı hadisədən utanmadığını açıqlayıb

Endi Börnhem: Böyük Britaniya Ukraynaya dəstəyini davam etdirəcək

BMU tələbələri aqrar sahədə süni intellektin tətbiqi ilə bağlı layihələrini təqdim ediblər

® “Bir” Azərbaycanın ilk tələbə-texnologiya festivalı – “Spark’26”ya qeydiyyatı açıq elan edir

Azərbaycanlı rəssamın ABŞ-də fərdi sərgisi açılıb

İngiltərədə sığınacaq axtaranların ünvanlarını paylaşmaqda ittiham olunan şəxs həbs edilib

ABŞ-İran razılaşması ilə bağlı qeyri-müəyyənlik nefti bahalaşdırır

Moskva vilayətində məktəbdə qumbaranın partlaması nəticəsində dörd müəllim xəsarət alıb

Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bağlı müraciətləri dinlənilib

Qazaxıstanda neft-qaz şirkətləri Xəzərdə terrorla mübarizə qüvvələrinin yerləşdirilməsi üçün yer ayıracaq

Amin Məmmədov: Mövcud yaşıllıqların qorunması şəhər yaşıllığının davamlı inkişafının əsas istiqamətlərindəndir

İlk yarımildə Qazaxıstanın Azərbaycanla ticarət dövriyyəsi 206 milyon dolları ötüb

Aygün Aslanlı: Mükafatların təsis olunması kinematoqrafçıların əməyinin qiymətləndirilməsinə xidmət edir

Azərbaycan-Türkiyə tərəfdaşlığının regionun geoiqtisadi xəritəsinin formalaşmasında rolu TƏHLİL

Almaniyada quraqlıq kənd təsərrüfatına ciddi zərbə vurub

Avropada qaz anbarlarının doluluq nisbəti son 5 ilin ən aşağı səviyyəsindədir

Baş prokuror Qubada vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi Bank Maliyyələşdirilmiş Qaimələrin Reyestri Sistemini yaradır

Voleybol üzrə Avropa çempionatının Bakıdakı oyunlarını 7 ölkənin hakimləri idarə edəcək

Sabah Abşeron çimərliklərində suyun temperaturu 26 dərəcəyədək isti olacaq

Nicat Dadaşov: Peşəkar qiymətləndirmə və sağlam rəqabət milli kinonun inkişafına təkan verir

“Səbail” yeni futbolçu transfer edib

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Binəqədidə istifadə olunmayan tikilidə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan mirvari, qiymətli metal və zərgərlik məmulatı ixracını 20 dəfədən çox artırıb

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri DSX-nin hospitalını və hərbi hissələrini ziyarət ediblər

Azərbaycan muğamı Rumıniyada beynəlxalq festivalda təqdim olunub

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşların müraciətlərini dinləyəcək

Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO

Murtəza Həsənov: Azərbaycanın sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur

DİM rezidenturaya qəbulun nəticələrini açıqlayıb

Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar

“Qarabağ” və “Tvente”nin 7-ci dueli: Əvvəlki oyunlar necə bitib?

Süni intellekt kənd təsərrüfatında: Qusarda innovativ layihələr təqdim olunub

Belçikadakı meşə yanğınının təsiri Kölnə qədər yayılıb

“Ulduz” jurnalının iyul-avqust nömrəsində...

Ekspert: TRIPP Orta Dəhlizin dayanıqlığını gücləndirən yeni bağlantı imkanları yaradır

Böyük Britaniyada iş vakansiyalarının sayı son beş ilin ən aşağı səviyyəsinə enib

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb VİDEO

Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub ŞƏRH

Özbəkistan MTRŞ əməkdaşlar üçün süni intellekt imkanlarını genişləndirir

Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib

Almaniya Silahlı Qüvvələrində 186 min 700 kişi və qadın xidmət edir

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

® Hər böyümüş limfa düyünü təhlükəlidirmi?

Rumıniyalı futbolçu: "Neftçi"yə keçidimlə bağlı danışıqlar son mərhələdədir

® “Mən sadəcə işimi görürəm”: PR mütəxəssislər niyə çox vaxt görünməz qalırlar?

Bal ayına gedən britaniyalı cütlük Yunanıstanda helikopter qəzasında həlak olub

TRIPP layihəsi Azərbaycanın tranzit-logistika mövqeyini gücləndirə bilər – ŞƏRH

“Borussiya Dortmund” niderlandlı futbolçunu heyətinə qatıb

Naxçıvan geosiyasi və iqtisadi reallıqlar fonunda yeni inkişaf mərhələsinə qədəm qoyur - ŞƏRH

Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb

Ekspert: Türkiyə Naxçıvan üçün Avropaya çıxışdır