Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsindən sonra yaradılan Ordu birliyinin ildönümü qeyd edilib VİDEO

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və Silahlı Qüvvələrimizin möhtəşəm Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra da respublikamızın ərazi bütövlüyünün, təhlükəsizliyinin daha etibarlı müdafiəsi, qorunması, qalib Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Bütün sərhəd boyunca yerləşdirilən hərbi hissələrin maddi-texniki bazası möhkəmləndirilir, ən müasir hərbi texnika, silah və sursatlar alınır, yeni hərbi şəhərciklər inşa edilir, qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadir əməliyyat komando hərbi hissələri fəaliyyətə başlayır, şəxsi heyətin mənəvi-psixoloji təminatının yüksəldilməsinə, Vətən müharibəsinin qəhrəmanlıq ənənələri ruhunda tərbiyə edilməsinə xüsusi önəm verilir.

İşğaldan azad edilən Kəlbəcər rayonuna səfəri çərçivəsində yeni yaradılan əməliyyat komando hərbi hissəsinə Döyüş Bayrağının təqdim olunması münasibətilə keçirilən təntənəli mərasimdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Azərbaycan Ordusu daha güclüdür: həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq... Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq yerindədir!” Bunu heç kim unutmasın”.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsinin başa çatması ilə yaranmış şəraitə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müdafiə və mühafizənin təşkili, Azərbaycan Ordusunun qarşısında qoyulmuş döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirməsini təmin etmək məqsədilə bir il əvvəl - 2021-ci il iyulun 24-də yaradılmış Ordu birliyinin ildönümünə həsr olunmuş təntənəli mərasimdə bu və ya digər aktual məsələlər barədə ətraflı söhbət açılıb.

Əvvəlcə Müdafiə Nazirliyinin və Ordu birliyinin rəsmiləri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, xidmətlə fərqlənən hərbi qulluqçulardan bir qrupu qərargah binasının qarşısında xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət edərək qarşısına qızılgül çələngi qoyub, güllər düzüb, ehtiramlarını bildiriblər.

Əsgər klubunda keçirilən təntənəli mərasimdə ulu öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni ifa olunub.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov şəxsi heyəti salamlayaraq deyib: “Bu gün Azərbaycan Ordusunun həyatında daha bir əlamətdar hadisənin şahidiyik. Bir il əvvəl müdafiə nazirinin müvafiq əmri ilə yaradılan Ordu birliyinin ildönümünü qeyd edirik. Ötən il ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Müdafiə Nazirliyinin rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunan bu Ordu birliyində həyata keçirilən məqsədyönlü tədbirlər, zabit və gizirlərin öz xidməti vəzifələrini böyük həvəslə yerinə yetirməsi, əsgərlərimizin içdikləri Hərbi Anda sadiqliyi, hərbi nizamnamələrin tələblərinə uyğun olaraq xidmətin düzgün təşkili deməyə imkan verir ki, bu Ordu birliyi də, heç şübhəsiz, yaxın gələcəkdə Azərbaycan Ordusunun lider hərbi hissələrindən birinə çevriləcək”.

General-mayor E.Xəlilov tədbirdə iştirak edən şəhid analarına müraciətlə bildirib ki, sizin kədəriniz hər birimizin kədəridir. Şəhidlərimizin müqəddəs ruhları qarşısında bir daha ehtiramla baş əyir, Vətənə belə igid oğullar bəxş etdiyinizə görə sizlərə minnətdarlığımızı bildirərək əllərinizdən öpürük. Təsəllimiz ondadır ki, şəhidlərimizin intiqamını döyüş meydanlarında vuruşaraq aldıq, unudulmaz şəhidlərimizin qanı yerdə qalmadı. Bu tədbirdə iştirak edən hər bir əsgər də, hər bir zabit də sizin övladlarınızdır. Qəhrəman oğullarımızın davamçıları olan bu gənclər Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdırlar. Lazım gələcəksə, onlar yenə də döyüş meydanlarına atılaraq şəhidlərimizin ruhlarını bir daha şad edəcəklər.

General-mayorun söylədiyi “Əziz qazilərimiz, siz canlı, şanlı, yaşayan əfsanələrsiniz. Vətən və qədirbilən xalqımız sizin xidmətlərinizi heç vaxt unutmayacaq. Siz həmişə sıralarımızdasınız. Dünən də bir yerdə idik, bu gün də bir yerdəyik, gələcəkdə də bir yerdə olacağıq. Həm dövlətimiz, həm də hər bir Azərbaycan vətəndaşı Sizinlə fəxr edir, mərdlik və şücaətinizdən qürur duyuruq” fikirləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Sonra general-mayor E.Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi heyətə ünvanlanan təbrik məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Təbrik məktubunda deyilir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin memarı olduğu müasir mütəşəkkil Azərbaycan Ordusu Ulu Öndərin ənənələrini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənərək qalib ordu səviyyəsinə yüksəlib. Respublikamızın müstəqilliyinin təminatçısı olan Ordumuz bu gün istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir.

Qeyd olunub ki, İkinci Qarabağ müharibəsindən sonra digər sahələrlə yanaşı, ordu quruculuğunda da mühüm islahatlar həyata keçirilir. Ordunun maddi-texniki bazası dinamik sürətlə inkişaf etdirilir, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi üçün böyük səylər göstərilir. Yeni hərbi hissələr yaradılır, hərbi şəhərciklər inşa edilir, hərbi qulluqçuların sosial müdafiəsi, nümunəvi xidməti üçün hər cür şərait yaradılır.

Müharibədən sonra işğaldan azad edilən bölgələrdə dislokasiya olunan hərbi hissələr düşmən təxribatlarının qarşısını vaxtında və qətiyyətlə alaraq xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.

Bir il əvvəl yaradılmasına baxmayaraq, Ordu birliyinin komandanlığının fəaliyyəti, eləcə də əsgər və zabitlərimizin xidməti təqdirəlayiqdir. Əminliklə bildirilib ki, Azərbaycan əsgər və zabitləri bundan sonra da Heydər Əliyevin ideyalarına sadiq qalaraq müzəffər sərkərdəmizin rəhbərliyi altında Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcəklər.

Məktubda, həmçinin qeyd edilib: “Sizin sıralarınızda böyük döyüş təcrübəsinə malik yüzlərlə müharibə iştirakçısı vardır. Onlar respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda fəallıq göstəriblər.

İnanıram ki, siz göstərilən etimadı doğruldaraq bu qəhrəmanlıq və şücaət nümunələrindən bəhrələnəcək, şanlı döyüş tariximizə yeni parlaq səhifələr yazacaqsınız.

Hərbi hissənin yaradılmasının birinci ildönümü münasibətilə sizi təbrik edərək hər birinizə şəxsi həyatınızda və xidmətlərinizdə uğurlar arzulayıram!”.

Vətən Müharibəsi Qəhrəmanı, Ordu birliyinin komandiri general-mayor Kənan Seyidov hərbi hissənin birillik fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, yeni yaradılan birliyin tərkibinə daxil olan hərbi hissələrin çoxu Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində hərbi əməliyyatlarda iştirak edib. Şəhidlərimiz, qazilərimiz var. Beş nəfər hərbi qulluqçumuz “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. Yüzlərlə döyüşçümüz orden və medallarla təltif olunub. İgidlərimizin qəhrəmanlıq ənənələri bu gün uğurla davam etdirilir.

Döyüş hazırlığı planına əsasən, NATO-nun əməliyyat imkanları konsepsiyası çərçivəsində təlimlər mütəşəkkil şəkildə keçirilib. Təlimlər zamanı motoatıcı bölmələrin təchizatı, avadanlığı, rabitə vasitələri ilə təminatı, eləcə də şəxsi heyətin ingilis dilini bilmə səviyyəsi, digər zəruri əməliyyat imkanlarının NATO standartları və tələbləri ilə icrası və döyüş atışlı məşğələlər yerinə yetirilib. Əməliyyat komando hərbi hissələrində aparılan praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını uğurla icra edib. Komandoların fərdi bacarıqlarının, o cümlədən atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə nəticələnib.

Ordu birliyi və tabeçilikdə olan hərbi hissələrlə ərazidə komanda-qərargah təlimləri, tank, motoatıcı taborları və artilleriya divizionu ilə taktiki təlimlər yüksək səviyyədə təşkil olunub. Əlahiddə rabitə, maddi-texniki təminat taborları ilə taktiki xüsusi təlimlər öz bəhrəsini verib. Bütün bu təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş qabiliyyətinin artırılması, şəxsi heyətin praktiki vərdişlərinin inkişaf etdirilməsi ilə bərabər peşəkar fəaliyyətinin təkmilləşdirilməsidir və biz buna nail olmuşuq.

Vətən Müharibəsi Qəhrəmanı K.Seyidov şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyət arasında fərqlənən hərbi qulluqçuların mükafatlandırılması və həvəsləndirilməsi məqsədilə yarış və müsabiqələrin təşkili, şəxsi heyətə hərbi intizamın qaydalarının, onlarda milli ruh, ləyaqət, Vətənə sevgi hisslərinin, iradi keyfiyyətlərin aşılanması məqsədilə keçirilən tədbirlərdən, Azərbaycan Ordusu səviyyəsində irimiqyaslı təlimlərdə qazanılan uğurlardan da bəhs edib.

Hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəhid və qazi ailələrinin daim diqqətdə saxlanılması, şəhidlərin xatirəsinin həmişə əziz tutulması məsələlərinə də toxunan Ordu birliyi komandiri sonda Müzəffər Ali Baş Komandan İlham Əliyevi və Müdafiə Nazirliyinin rəhbərliyini əmin edib ki, göstərilən etimadı bundan sonra da Vətənə, xalqa, dövlətə sədaqətləri və nümunəvi xidmətləri ilə doğruldacaqlar.

Tədbir iştirakçıları Ordu birliyinin birillik fəaliyyətinə həsr olunan videoçarxı maraqla izləyiblər.

Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında Ordu birliyi komandirinin əmri oxunub və mükafatlar təqdim edilib.

Daha sonra şəhid anaları çıxış edərək qəhrəman övladları ilə fəxr etdiklərini, hər bir Vətən əsgərinin simasında onları gördüklərini bildiriblər. Qazilər isə döyüşdə sağlamlıqlarını itirsələr belə, bu gün də Müzəffər Ali Baş Komandan əmrlərinə hazır olduqlarını bəyan ediblər.

İkinci Qarabağ müharibəsində bir gözünü itirən Vətən Müharibəsi Qəhrəmanı əsgər Azər Abdullayev deyib: “Lazım gələrsə, ikinci gözümü də Vətən uğrunda qurban verməyə hazıram!”.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbaninin layihəsi əsasında təqdim olunan ədəbi-bədii proqram təntənəli mərasim iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Respublikanın Xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov, Nigar Şabanova, gənc istedadlar Vüqar Qarabağlı, Kənan Bayramov və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin xoreoqrafiya qrupunun Vətəni, Müzəffər Ali Baş Komandanı, ordu ilə xalqın birliyini, şəhidlərin ölməzliyini, Azərbaycan Ordusunun qüdrətini tərənnüm edən vətənpərvərlik mahnıları, şeirlər və rəqslər tədbir iştirakçılarını daha böyük uğurlara ruhlandırıb.

Sonra qazilər səhnəyə dəvət edilib və sözləri Abdulla Qurbaniyə, musiqisi isə Azad Zahidə aid olan “Qazilər haqqında ballada”nın ilk təqdimatı olub. Əməkdar artist Cahangir Qurbanov və əsgər xorunun ifa etdiyi qəhrəmanlıq balladasını mərasim iştirakçıları ayaq üstə alqışlayıblar.

Əsgər klubunda keçirilən təntənəli mərasimdən sonra sıra meydanında hərbçilərin nümunəvi çıxışları olub.

Əsgər yeməkxanasında bayram süfrəsi açılıb və Ordu birliyinin ildönümünə həsr olunan tədbir yubiley tortunun kəsilməsi ilə başa çatıb.

Vətən müharibəsindən sonra yaradılan Ordu birliyinin ildönümü qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

İranın qərbindəki hava limanlarında uçuşlar dayandırılıb

Tramp: Danışıqlar nəticəsiz qalsa, ABŞ İrana desant çıxara bilər

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Naxçıvanda "İnsan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu" mövzusunda regional konfrans keçirilir VİDEO

Rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin qorunması məqsədilə qanun layihəsi hazırlanıb

Yaş məhdudiyyətli sosial şəbəkə platformaları üçün yeni cərimələr nəzərdə tutulur

Baş prokuror paytaxtın Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Sübutsuz iddia fakt kimi təqdim oluna bilməz - ŞƏRH

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşı saxlanılıb

Əziz Ələkbərli: Müasir Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, suveren və bütöv dövlətdir

Azərbaycanın enerji strategiyası və qlobal etibarlılığı Prezident İlham Əliyevin praqmatik siyasətinin nəticəsidir - ŞƏRH

Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən olunmasına dair hüquqi mövqe ifadə edib

Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb

Lerikin ucqar dağ kəndlərində elektrik şəbəkəsi yenilənir

Qəbul imtahanının ikinci cəhdində iştirak üçün 60 mindən çox abituriyent qeydiyyatdan keçib

Bu ilin 5 ayında büdcə gəlirləri proqnozu üstələyib

Ötən həftə 149 mina və 412 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Araz çayında batan yeniyetmənin axtarışına dalğıclar cəlb edilib - YENİLƏNİB

Şəmkirdə vətəndaşların daşınmaz əmlakla bağlı müraciətləri dinləniləcək

“Young Learners” kvalifikasiya imtahanlarına qeydiyyat elan edilir

DİM dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçənlərə müraciət edib

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Balakənli saç ustasının uğur hekayəsi: Özünüməşğulluq proqramı fəaliyyətimdə dönüş nöqtəsi oldu VİDEO

Filippində güclü zəlzələdən sonra hava limanı bağlanıb

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO

NİİM sürücülərə növbəti dəfə müraciət edib VİDEO