Vətən oğullarının qanı bahasına müstəqilliyimizə qovuşduq
Bakı, 20 yanvar, AZƏRTAC
1990-cı ilin 20 Yanvar günü xalqımızın tarixində ən ağır günlərdən biridir. Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsini xatırlayır, eyni zamanda, şəhidlərimizlə qürur duyuruq. Vətən oğullarının qanı bahasına uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq. Onların sayəsində bu gün rahat, azad həyat sürürük.
Bu sözləri yanvarın 20-də Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn şəhər sakini Səbuhi Bəylərov AZƏRTAC-a müsahibəsində bildirib.
O deyib: “Müstəqilliyinə qovuşan Azərbaycan xalqı heç vaxt bu dəhşətli faciəni və o müdhiş gecənin günahsız qurbanlarını unutmayacaq. Həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]