VƏTƏNDAŞLARDAN NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Narkotiklərlə Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Xırdalan qəsəbəsinin sakini Aqil Muxtarov 15,49 qram marixuananı Ağdam rayon sakini Elman Quliyevə satarkən tutulmuşdur.
Baş İdarənin cənub bölgəsindəki regional şöbəsinin əməkdaşları Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Talıbova məxsus “VAZ-21011” markalı avtomaşından 0,586 qram, Nəsimi Rayon Polis İdarəsi 21-ci bölməsinin əməkdaşları Bakı şəhər sakini Ramil Əmiraslanovdan isə 0,214 qram heroin müsadirə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]