VETERAN FUTBOLÇULAR GƏNCƏDƏ YOLDAŞLIQ GÖRÜŞÜ KEÇİRMİŞLƏR
Gəncə, 11 iyun (AZƏRTAC). Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə ölkə futbolunun görkəmli nümayəndələrindən biri, keçmiş SSRİ-nin futbol tarixində yaddaqalan izlər qoymuş Maşallah Əhmədovun 50 illik yubileyi ilə əlaqədar Gəncədə veteran futbolçulardan təşkil olunmuş Bakının “Neftçi” və Gəncənin “Kəpəz” komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.
Stadiona toplaşan azarkeşlər veteran futbolçular - İsgəndər Cavadov, Asif Əliyev, Novruz Əzimov, Əbdülqəni Nurməmmədov, Samir Ələkbərov, Elxan Həsənov, Mehman Allahverdiyev, Xalid Mərdanov, Müzəffər Qasımov, Zakir Süleymanov, Xalid Qafarov, Fərhad Hüseynov və Elbrus Qasımovu hərarətlə qarşılamışlar.
Gərgin və maraqlı keçən görüş 5:5 hesabı ilə başa çatmışdır. Vurulan toplardan 2-nin müəllifi yubilyar olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]