Veteran qapıçı: “Sabah”ın III təsnifat mərhələsinə yüksələcəyinə inanıram
Bakı, 24 iyul, AZƏRTAC
“Sabah”ın III təsnifat mərhələsinə yüksələcəyinə inanıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün “Petrokub” (Moldova) və “Sabah” komandaları arasında keçiriləcək ilk oyun barədə danışarkən deyib.
Veteran qapıçı Azərbaycan təmsilçisinin hər iki görüşdə layiqli mübarizə aparacağına inandığını bildirib: “Artıq “Selye” ilə oyunlarda olan səhvlərə də baxılıb və komandanın həm Moldovada, həm də Bakıda uğurlu çıxış edəcəyinə inanıram. “Sabah”ın heyətində keyfiyyətli futbolçular kifayət qədər var. Bu da komandamız üçün əlavə üstünlükdür. Baş məşqçi Valdas Dambrauskas yeni gəlib, özünü göstərmək istəyir. Təcrübəli mütəxəssisdir. O da artıq müəyyən dəst-xət qurub”.
Qeyd edək ki, "Petrokub" - "Sabah" matçı bu gün Kişineudakı "Zimbru" stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]