Veteran voleybolçu: Azərbaycanda idmana, idmançılara hər zaman böyük diqqət və qayğı göstərilir
Bakı, 29 dekabr, AZƏRTAC
İlk dəfə Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvü kimi “İlin yekunları” tədbirində iştirak edirdim.
Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran voleybolçu Alla Həsənova Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin iştirakı ilə dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim barədə danışarkən deyib.
O, sözlərinə belə davam edib: “Tədbirin sonunda xatirə şəkli çəkdirildikdən sonra dövlətimizin başçısının adımı çəkərək məni soruşması son dərəcə gözlənilməz və qürurverici an oldu. Həmin an Ulu Öndər Heydər Əliyevlə olan görüşümüz yadıma düşdü. Ölkəmizdə idmana, idmançılara hər zaman böyük diqqət və qayğı göstərilir. Ənənə bu gün də uğurla davam etdirilir. Həmin tədbirdə bir daha bunun şahidi olduq. Tədbir çərçivəsində idmançılara və idman ailəsinin üzvlərinə fəxri adlar və mənzillər təqdim olundu. Bu da artıq bir ənənəyə çevrilib və hər ilin sonunda mötəbər tədbir təşkil olunur. İnanıram ki, Prezident İlham Əliyevin idmana göstərdiyi bu diqqət və qayğının nəticəsi olaraq, idmançılarımız beynəlxalq yarışlarda daha uğurla çıxış edəcək, Azərbaycan bayrağını daim ən yüksək zirvələrdə dalğalandıracaqlar”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]