Veyk-an-Zeyedə 80-ci dəfə “Tata Still Chess” superturniri keçiriləcək
Bakı, 12 yanvar, AZƏRTAC
Yanvarın 12-dən 28-dək Hollandiyanın Veyk-an-Zeye şəhərində sayca 80-ci “Tata Still Chess” yubiley superturniri keçiriləcək. Turnir həmişə olduğu kimi, bu dəfə də dünyanın aparıcı qrossmeysterlərini bir yerə toplayacaq.
AZƏRTAC xəbər verir ki, superturnirdə Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov, norveçli Maqnus Karlsen, amerikalılar Fabiano Karuana, Uesli So, rusiyalılar Vladimir Kramnik, Petr Svidler, Sergey Karyakin, Maksim Matlakov, hindlilər Vişvanatan Anand, Başkaran Adiban, hollandiyalı Aniş Giri, çinlilər Vey İ, Hou İfan və ingilis Qaveyn Cons çıxış edəcəklər.
Oyunlar yanvarın 13-17-də, 19-21-də, 23-24-də və 26-28-də keçiriləcək. Veyk-an-Zeyedə turlar Bakı vaxtı ilə saat 16.30-da başlayacaq. Son oyuna 15.00-da, səyyar turlara (Hilversumda yanvarın 17-də, Qroningendə yanvarın 24-də) isə 17.00-da start veriləcək.
Əsas turnirlə yanaşı, proqrama həvəskarlar arasında çoxsaylı yarışlar, həmçinin 14 şahmatçının yarışacağı daha bir dairəvi turnir daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]