Azərbaycan Dövlət İnformasiya Agentliyi

VII Qlobal Forum çərçivəsində biznes simpozium keçirilib VİDEO

Bakı, 25 aprel, AZƏRTAC 

Aprelin 25-də Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində biznes simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə son illər Azərbaycanda iqtisadi sahədə həyata keçirilən islahatlar, reallaşdırılan regional layihələr, yoxsulluğun aradan qaldırılması, məşğulluğun təşkili və digər mühüm məsələlərə toxunulub.

Simpoziumda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, əsrlər boyu milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq insanların harmoniya içində yaşadığı və özünün tolerantlıq ənənələri ilə seçildiyi Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ölkəmizin bu ümumbəşəri dəyərlərə sadiqliyini bir daha nümayiş etdirir. Bu baxımdan hesab edirəm ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil.

Nazir vurğulayıb ki, inklüziv cəmiyyətin formalaşdırılması bəşəriyyət qarşısında duran ən önəmli çağırışlardandır. Son illər dünyada gedən proseslər, tolerantlıq ənənələrinin sarsılmaz hesab edildiyi bəzi ölkələrdə baş verən hadisələr məsələnin aktuallığını daha da artırır. Məhz bu səbəbdən qeyd edilən mövzu üzrə çoxlu sayda beynəlxalq tədbirlər keçirilir, cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən dövlət, elm, biznes və digər dairələrin nümayəndələrinin fəal iştirakı ilə aparılan müzakirələr ümumi istiqamətlərin müəyyənləşdirilməsinə xidmət edir. Buna görə, bu gün işinə başlayan biznes simpozium üçün “İnklüziv cəmiyyətdə birgə yaşamaq: özəl sektorun rolu və məsuliyyəti” mövzusu seçilib. Məlum olduğu kimi, inklüzivlik yoxsullar, fiziki və əqli qüsurlu şəxslər, qaçqın və məcburi köçkünlər, məhkumlar və cəmiyyətin digər həssas qrupları üçün gəlir və maddi nemətlər əldə etmək, sosial xidmətlərdən yararlanmaq imkanlarının artırılmasını, başqa sözlə, rifahının təmin edilməsini nəzərdə tutur.

Azərbaycanın iqtisadiyyat naziri deyib: “İnklüziv cəmiyyətlərin formalaşmasına həm hökumətlər, həm də biznes icması məsuliyyət daşıyır. Birgə məsuliyyət bu istiqamətdə fəaliyyətlərin əlaqələndirilməsini və səylərin birləşdirilməsini zəruri edir. Dünya ölkələri cəmiyyətin inklüzivliyini təmin etmək üçün müxtəlif inkişaf və sosialyönümlü layihələr icra edir. Belə layihələrə misal olaraq, yoxsulluq səviyyəsinin nisbətən yüksək olduğu regionlarda yeni iş yerlərinin yaradılmasını təmin edən investisiya layihələrinin icrası, fiziki və əqli cəhətdən qüsurlu şəxslərin cəmiyyətin tamhüquqlu üzvləri kimi təhsil əldə etməsi və işlə təmin olunması, gender tarazlığının formalaşması, dini, irqi və milli fərqlərindən asılı olmayaraq bütün vətəndaşlara bərabər imkanların yaradılmasına yönəlmiş layihələri qeyd etmək olar.

Nazir deyib ki, bu gün Cənubi Qafqaz regionunun inkişafında ən böyük maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş və 1 milyondan çox qaçqın və məcburi köçkünü normal həyat şəraiti ilə təmin etmək problemi ilə üzləşən Azərbaycan bu problemin nə qədər ağır olduğunu və onun həllinin nə qədər böyük səylər tələb etdiyini aydın anlayır. Ölkəmiz bu məqsədlərə böyük vəsaitlər yönəltməklə bərabər, beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq edir. Yeri gəlmişkən, bildirmək istərdim ki, BMT strukturlarının dəstəyi ilə Azərbaycanda inklüziv cəmiyyətin formalaşması, o cümlədən qaçqın və məcburi köçkünlərin, əlillərin, qadınların və digər həssas qrupların rifahının yüksəlməsinə yönəlmiş layihələr icra olunub.

Şahin Mustafayev vurğulayıb ki, yoxsulluğun aradan qaldırılmasının ən səmərəli yolu kimi layiqli iş yerlərinin yaradılmasında özəl sektorun rolu danılmazdır. Bir sıra beynəlxalq qurumların hazırladığı hesabatlara əsasən inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin təqribən 90 faizi məhz özəl sektor tərəfindən təmin edilir. Buna görə, özəl sektorun bu funksiyanı yerinə yetirə bilməsi üçün hökumətlər əlverişli biznes və investisiya mühiti yaratmalı, sahibkarlığın inkişafı üçün müxtəlif təşviq tədbirləri tətbiq etməlidirlər. Beynəlxalq yardım proqramları da əsasən əlverişli biznes mühitinin yaradılmasına istiqamətlənməlidir. Bu baxımdan, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, şəffaf inzibati tənzimləmə və dəstək mexanizmlərinin tətbiqi, layihələrin birgə maliyyələşdirilməsi və risklərin bölüşdürülməsi və digər sahələrdə uğurlu təcrübə mövcuddur. Belə ki, son 10 il ərzində ölkəmizdə təqribən 1,5 milyon iş yeri açılıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə təxminən 8 dəfə azalaraq 4,9 faizə enib. Biz məmnuniyyətlə bu təcrübəmizi bölüşməyə hazırıq.

Özəl sektorun bu sahədəki fəaliyyət istiqamətlərinə gəldikdə hesab edirik ki, layihələr əhalinin yoxsul və müdafiəyə ehtiyacı olan təbəqələrini əmək fəaliyyətinə daha çox cəlb etməli, iri investisiya layihələri daha çox yoxsul əhalinin məskunlaşdığı ərazilərdə cəmiyyətin bütün üzvlərinin rifahına xidmət edəcək tərzdə həyata keçirilməlidir. Bu zaman aşağı ixtisaslı iş yerlərinin yaradılmasına diqqət verilməli, qeyri-hökumət və donor təşkilatlarla sıx əməkdaşlıq edilməlidir.

Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir deyib ki, qlobal iqtisadi problemlərin, yoxsulluğun aradan qaldırılması bir ölkənin səyi nəticəsində mümkün olan məsələ deyil. Bunun üçün birlikdə mübarizə aparmalıyıq. Biz mütərəqqi inkişaf proqramının reallaşdırılması üçün əlimizdən gələni etməliyik. BMT 2010-cu ildən başlayaraq yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm işlər, layihələr və proqramlar həyata keçirməkdədir.

Hazırda dünyanın qaçqın böhranı ilə üzləşdiyini söyləyən ali nümayəndə bildirib ki, bu, II Dünya müharibəsindən sonra dünyanın üzləşdiyi mühüm problemlərdəndir. Bunun həlli yubanmamalı, müharibələr dayandırılmalıdır. Dünyada artan siyasi, iqtisadi problemlər universal bəşəri səviyyədə öz həllini tapmalıdır.

Nasir Əbdüləziz Əl-Nasir deyib: “Biz Alyansın VII Qlobal Forumunda daha irəli addımlar atacağımıza əminik. Bu Forum böyük anlaşma və əlaqə yaratmaq üçün əhəmiyyətli platformadır. Bu, həmçinin sülh və təhlükəsizliyin təbliği üçün yeni perspektivlər vəd edir. Mədəni müxtəliflik incəsənət vasitəsilə daha geniş yayılır. Forum çərçivəsində keçirilən ideyalar yarmarkası və gənclər sərgisi buna çox gözəl nümunədir. BMT dialoqun sülh üçün gözəl vasitə olduğunu təşviq edir. Müxtəlifliyi təbliğ etmək, fikir azadlığı, bir-birini yaxından tanımaq, tolerantlıq, qarşılıqlı anlaşma, digərinə hörmət bizim BMT-də işimizin əsasını təşkil edir”.

Ali nümayəndə vurğulayıb ki, BMT-nin 2025-ci ildən sonrakı İnkişaf Proqramını birlikdə reallaşdırmalıyıq. Bu işin müsbət həlli inklüziv cəmiyyətlərin formalaşmasına təkan verəcək.

Biznes simpoziumun açılış mərasimindən sonra panel müzakirələrə başlanılıb. Panel iclasın moderatoru “Euronews Washington”un müxbiri Stefan Qrob məruzəçilər haqqında məlumat verib, Forumda müzakirə edilən məsələlərin əhəmiyyətindən söz açıb.

“BMW Group” şirkətinin vitse-prezidenti Bill McAndrevs Bakıya səfərindən şad olduğunu bildirərək BMW şirkətinin müxtəlifliyi özündə əks etdirdiyini vurğulayıb. Bildirib ki, şirkət inklüziv cəmiyyəti, birgəyaşayışı uğurun açarı kimi görür, fəaliyyətlərində korporativ vətəndaşların hansı yenilikləri, onların nə görmək istədiyini dəyərləndirir. Bu cəhətdən də dünyanın müxtəlif ölkələrində nadir tərəfdaşlıqlar həyata keçirilir. Şirkətin digər fəaliyyət istiqamətlərindən biri də gənc liderlərin yetişdirilməsi, püxtələşdirilməsidir. Bu, həmin liderlərin yaşadığı cəmiyyət üçün də üstünlüklər vəd edir. Şirkətin Münxendə yerləşən ofisində mədəniyyətlərarası dialoqu öyrənmə qrupu yaradılıb.

“Orange Horizons” şirkətinin nümayəndəsi Sebastien Krozier “Kommunikasiya sahəsində inklüziv cəmiyyətin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, şirkət haqqında məlumat verdikdən sonra bildirib ki, təşkilat 20 ölkədə fəaliyyət göstərir. Bu ərazi əsasən Afrika və yaxın Şərqi əhatə edir. Nümayəndə bu ərazilərdə çətinliklərin mövcudluğunu nəzərə çatdırıb. Qeyd edib ki, bu ölkələrdə təhlükə və çağırışlar həddindın artıq çoxdur. Əsasən mobil telefondan istifadə edən insanlar sosial şəbəkələr vasitəsilə yeni əlaqə növləri yaradır, bilik və mədəniyyətlərini paylaşırlar. Bu da yeni cəmiyyətləri və yeni cərəyanları formalaşdırır. Korporativ sosial mənsubiyyət bu cəhətdən vacib amil sayıla bilər. Bu amil insanları birləşdirir, əlaqələrin yaranmasına səbəb olur. Əsas isə budur ki, insanlar arasında mədəni məqamların paylanmasına imkan yaranır.

“CEO Falcon Equity Group” şirkətinin nümayəndəsi Holger Heims insanların daha açıq şirkətlərə üstünlük verdiyini diqqətə çatdırıb. Dünyada transmilli şirkətlərin BMT-nin Sivilizasiyalar Alyansında iştirak hüququ qazandığını nəzərə çatdıran məruzəçi yaxın gələcəkdə kiçik şirkətlərin də bu sıraya qoşulması üçün müəyyən addımların atılmasının vacibliyini vurğulayıb. Daha sonra məruzəçi Almaniyada miqrantların işlə təmin edilməsi problemi haqqında fikirlərini bölüşüb.

“Airbus Group International” şirkətinin vitse-prezidenti Silvere Delaunay məruzəsində diqqəti dünyanın müxtəlif aviaşirkətlərinin, təyyarə istehsalçılarının inklüziv cəmiyyətlərdə birgəyaşayışla bağlı çağırış və məqsədlərə cəlb edilməsinə yönəldib. Bildirib ki, Bakı Forumu bir çox problemlərin həllini ehtiva edəcək. Bu gün aviasiya sahəsində müxtəlif növ ekstremizmə, zorakılığa rast gəlinir. Bizim çalışdığımız sahədə mədəni müxtəliflik bu halların qarşısının alınmasına müsbət təsirini göstərə bilər.

Panel müzakirələrin sonuncu məruzəçisi Sülh Naminə Guerrand-Hermes Fondunun baş katibi Skerto Gill sülhün bir anlayış olaraq ədalətliliyi və müxtəlifliyi ehtiva etdiyini dilə gətirərək deyib ki, millətlərarası dostluq bir öhdəlik, fədakarlıqdır. İnsanlıq mədəni müxtəlifliyi təqdir etməli, mənəvi dəyərlərə rəğbətlə yanaşmalıdır. İnsanlar dialoqlara açıq olmalıdırlar ki, bəşəri meyarlara nail olsunlar. Yekunda isə bu məqam icmaların zənginləşməsinə gətirib çıxarır.

Məruzələr zamanı insanların bərabər gəlirləri problemi ətrafında müzakirələrə də yer ayrılıb. Məruzəçilər dünyada insanların gəlirlərinin bərabərləşməsi prosesinə diqqətin artırılması fikirlərini irəli sürüblər.

Biznes simpozium günün ikinci yarısında əməkdaşlıq toplantıları ilə davam edib.

VII Qlobal Forum çərçivəsində biznes simpozium keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına