Viktor Orban və Yanoş Ader Çin vaksinini seçiblər
Budapeşt, 19 mart, AZƏRTAC
Macarıstanın Baş naziri Viktor Orban COVID-19 əleyhinə peyvəndlənib.
AZƏRTAC Macarıstan KİV-lərinə istinadla xəbər verir ki, Baş nazir Çində istehsal olunmuş “Sinofarm” vaksinini seçib.
Macarıstan hökumətinin başçısı “Facebook” sosial şəbəkəsindəki səhifəsində immunlaşdırmadan necə keçməsinə dair videogörüntülər yerləşdirib. Bildirilir ki, prosedur Macarıstan ordu tibb mərkəzinin peyvəndləmə bölməsində keçib.
O, həmçinin xəbər verib ki, Serbiyanın Voyevodina regionunda yaşayan on minlərlə etnik macar məhz Çin vaksininin köməyi ilə peyvəndləmədən keçib.
Macarıstan Prezidenti Yanoş Ader də “Sinofarm” vaksini ilə peyvəndlənib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]