Vilnüsdə referendumla bağlı seçici fəallığı 100 faiz olub
Vilnüs, 26 sentyabr, AZƏRTAC
Referendumla əlaqədar Azərbaycanın Litvadakı səfirliyində yaradılan seçki məntəqəsində keçirilən səsvermədə seçici fəallığı 100 faiz olub.
Səfirlikdən bildirilib ki, 16 saylı Yasamal II seçki dairəsinin tərkibində yaradılmış 38-ci seçki məntəqəsində komissiya üzvləri tərəfindən müşahidəçilərin iştirakı ilə seçki qutuları açılıb, bülletenlər sayılıb və nəticələr Mərkəzi Seçki Komissiyasına göndərilib.
Səfirlikdəki seçki məntəqəsindən yerli “alkas.lt” internet portalı canlı yayım aparıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs