“Vışeqrad dördlüyü” gənc sahibkarlara dövlət dəstəyi göstərəcək
Budapeşt, 14 iyun, AZƏRTAC
“Vışeqrad dördlüyü” ölkələrinin (Macarıstan, Çexiya, Slovakiya və Polşa) hökumətləri yeni biznes quran gənc sahibkarlara dəstək göstərilməsi üzrə birgə dövlət proqramı həyata keçirilməsinə dair razılıq əldə ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın İqtisadi İnkişaf Nazirliyinin mətbuat açıqlamasında deyilir.
Məlumatda qeyd olunub ki, dörd ölkənin iqtisadi inkişaf nazirləri səviyyəsində keçirilən görüşündə yeni proqram çərçivəsində gənc sahibkarların biznes planlarının sadələşdirilmiş prosedur, həmçinin hüquqi və maliyyə qiymətləndirilməsindən sonra onlara subsidiyaların ayrılması üzrə razılıq əldə olunub. Biznes planlarının müsbət qiymətləndirilməsi müraciət edənlərə işgüzar fəaliyyətə başladıqdan sonrakı bir il müddətinə illik minimum əməkhaqqı məbləğində maliyyə dəstəyi əldə etmək hüququ verəcəkdir.
Bundan başqa, startap layihələrinə dövlət satınalmaları üzrə agentliklər tərəfindən maraq göstəriləcəyi təqdirdə gənc sahibkarlar dövlət sifarişləri çərçivəsində sərmayə də əldə edəcəklər.
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]