Vitse-spiker: Milli Hərəkat partiyasının planının qarşısını almaq üçün hər şey ediləcək
Tbilisi, 1 oktyabr, AZƏRTAC
“Müxalif Milli Hərəkat Partiyasının əsas planı keçmiş prezident Mixail Saakaşvilini hakimiyyətə qaytarmaqdır. Lakin bu baş tutmayacaq, çünki hökumət bunun qarşısını almaq üçün hər şeyi edəcək”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentin vitse-spikeri Qia Volski bildirib.
Onun sözlərinə görə, hazırda insanları küçələrə, aksiyalara dəvət edən Paata Burçuladze irəli getmək və müxalif hərəkatda populyarlığını qorumaq və bunun üçün fantazmaqorik ssenarilərdən istifadə etmək istəyir. Ümumiyyətlə qeyri-adekvat adam təəssüratı yaradan bu insan açıq şəkildə Milli Hərəkatın vəsiqələrini göstərib, “qan tökmək lazımdır” deyir.
Vitse-spiker bildirib ki, Mixeil Saakaşvilinin lideri olduğu Milli Hərəkat partiyası oktyabrın 4-də Tbilisidə izdihamlı mitinq və küçə yürüşləri elan edib. Eks-prezident vətəndaşlar və tərəfdarlarına müraciət edərək, onları həmin gün fəal olmağa, küçələrə çıxmağa çağırıb.
Oktyabrın 4-də Gürcüstanda yerli seçkilər keçiriləcək. Müxalifət həmin gün kütləvi etiraz aksiyası keçirməyi planlaşdırıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]