VLADİMİR MİÇOVİÇ ÇEMPİONLAR LİQASI TURNİRİNDƏ “BAKI”NIN ŞƏRƏFİNİ QORUYA BİLƏR
AZƏRTAC xəbər verir ki, “Neftçi”nin serbiyalı qapıçısı Vladimir Miçoviç ölkəmizi Çempionlar Liqası turnirində təmsil edəcək “Bakı” klubuna iki aylıq icarəyə verilə bilər. Məsələ sonuncu ölkə futbol çempionatının qalibi “Bakı” klubunun rəhbərliyi ilə aparılan danışıqlardan sonra həllini tapacaqdır. “Neftçi”nin vitse–prezidenti Ramin Musayev bunu jurnalistlərə iyunun 6-da mətbuat konfransında bildirmişdir. Vitse–prezident, eyni zamanda, Avropa kubokları uğrunda yarışlarda iştirak edəcək hər bir Azərbaycan klubuna kömək göstərməyə hazır olduqlarını vurğulamışdır. Komandanın heyətinə gəlincə, R.Musayev Tomislav Mişuradan başqa, bütün oyunçuların klubda qalacağını demişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]