VLADİMİR PUTİN MDB-DƏN OLAN BÜDCƏ TƏLƏBƏLƏRİ ÜÇÜN KVOTANI ARTIRMAĞI TƏKLİF ETMİŞDİR
O, RF Prezidenti yanında Elm, Texnologiyalar və Təhsil Şurasının iclasında çıxış edərək demişdir: “Artıq üçüncü ildir həyata keçirilən praktikaya uyğun olaraq, biz büdcə hesabına təhsil alan bütün tələbələrin bir faizə qədərini MDB ölkələrindən qəbul edirik. Zənnimcə, indi onların sayını artırmaq üçün imkan yaratmaq olar”.
V.Putin Rusiya ali məktəblərinin MDB ölkələrindəki filiallarının azaldılmasının əleyhinə olduğunu bildirmişdir. O vurğulamışdır ki, nə bu filialların azaldılmasına, nə də onların işinin keyfiyyətinin aşağı düşməsinə qətiyyən yol vermək olmaz. Rusiya rəhbərliyi bu prosesə həmişə kömək edəcəkdir. Dövlət başçısı rusiyalı gənclərin MDB ölkələrinə milli dillər, kulturologiya, tarix kimi fənlər üzrə təhsil almağa və staj keçməyə daha fəal göndərilməsinin vacibliyini də nəzərə çarpdırmışdır. O demişdir: “Onlar bizim ən yaxın tərəfdaşlarımızdır və biz onların mədəniyyətini yaxşı bilməyə borcluyuq”.
V.Putin MDB üzrə həmkarlarla birlikdə “namizədlərin seçilməsinə dair vahid, dəqiq meyarlar” hazırlanmasını da təklif etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]