VLADİMİR PUTİN: RUSİYA İSLAMIN ARDICIL, SƏDAQƏTLİ MÜDAFİƏÇİSİDİR
Dövlət başçısı demişdir: “Əks tərəfdə olanlara, İslamın guya təəssübünü çəkənlərə xatırlatmaq istəyirəm ki, Rusiya Federasiyası dünya dini olan İslamın həmişə ardıcıl, sədaqətli və mətin müdafiəçisi olmuşdur. Rusiya islam dövlətlərinin daim ən yaxşı tərəfdaşı olmuşdur və olaraq qalır”.
V.Putin bildirmişdir ki, əsas beynəlxalq islam təşkilatlarının liderləri bu vəziyyəti gözəl başa düşür, ona görə də Çeçenistan Respublikası prezidentinin seçkilərinə, Çeçenistan parlamentinə seçkilərə öz nümayəndələrini göndərmişdilər. O, İslam Konfransı Təşkilatının Səudiyyə Ərəbistanında keçirilmiş fövqəladə zirvə toplantısında Rusiya nümayəndə heyətinin fəal iştirak etdiyini xatırlatmışdır.
Rusiya rəhbəri demişdir ki, Quranı təhrif olunmuş şəkildə yozmağa çalışan adamlar Şimali Qafqaz xalqlarının mənafelərini əsla təmsil etmirlər. Onlar Quranı gözdən salmağa can atmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]