Voleybol üzrə Avropa çempionatında 250 könüllü fəaliyyət göstərəcək
Bakı, 27 iyul, AZƏRTAC
Bakıda baş tutacaq qadın voleybolçular arasında Avropa çempionatı çərçivəsində həyata keçirilən könüllülük proqramına qeydiyyat və seçim prosesi uğurla yekunlaşıb.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a bildirilib ki, proqrama müraciət edən 2000-nə yaxın iştirakçıdan 250-si müsahibə və qiymətləndirmə mərhələlərini uğurla tamamlayaraq turnirin təşkilində könüllü kimi fəaliyyət göstərmək hüququ qazanıb.
Seçilmiş könüllülər qarşıdakı günlərdə təlim proqramlarına cəlb ediləcəklər. Təlimlər zamanı iştirakçılar yarışın təşkili, akkreditasiya, media əməliyyatları, protokol, logistika, tamaşaçı xidmətləri, komanda və qonaqlarla ünsiyyət, eləcə də beynəlxalq idman tədbirlərində tətbiq olunan iş prinsipləri barədə nəzəri və praktiki biliklər əldə edəcəklər.
Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 21 avqust - 6 sentyabr tarixlərində Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə keçiriləcək. Turnirin C qrupunun oyunları avqustun 21-28-də Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]