Voleybol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
Bakı, 1 noyabr, AZƏRTAC
Voleybol üzrə Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, yarımfinalda “Milli Aviasiya Akademiyası”nı 3:1 hesabı ilə məğlub edən “Gəncə” həlledici görüşə vəsiqə qazanıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan oyuna qərb təmsilçisi üstün başlayıb. Gəncə şəhərinin eyniadlı klubu ardıcıl iki seti öz xeyrinə başa vurub - 29:27 və 25:21. Üçüncü setdə “Milli Aviasiya Akademiyası” güclü olub – 25:19. Dördüncü seti də aktivinə yazdıran (25:20) “Gəncə” finala yüksəlib.
Bu komandanın həlledici qarşılaşmadakı rəqibi hazırda davam edən “Azərreyl” – “Abşeron” matçının qalibi olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]