Volf-Ruthart Born: Müşahidə etdiyimiz məntəqələrdə heç bir qanun pozuntusu ilə rastlaşmadıq
Bakı, 10 fevral, AZƏRTAC
Almaniyalı diplomat Volf-Ruthart Born AZƏRTAC-a müsahibəsində Azərbaycanda keçirilən parlament seçkiləri ilə əlaqədar həmkarları ilə birgə səkkiz seçki məntəqəsində müşahidə apardıqlarını bildirib. O qeyd edib ki, onlar yalnız Bakıda deyil, eyni zamanda, Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar öz yurdlarından didərgin düşmüş, işğal olunmuş ərazilərin sakinlərinin səs verdiyi məntəqələrdə də müşahidə aparıblar. Volf-Ruthart Born müşahidə etdiyi məntəqələrdə səs verən insanlarla da danışmaq imkanı əldə etdiyini söyləyib. Qeyd edib ki, səsvermədə iştirak edən vətəndaşlar onunla söhbətdə seçki ilə bağlı müsbət fikirdə olduqlarını bildiriblər. Müşahidə apardıqları məntəqələrdə qanun pozuntusu ilə rastlaşmadıqlarını deyən diplomat seçkilərin şəffaf keçdiyini bildirib.
Seçkidə onların diqqətini çəkən xüsusi bir özəllik olub-olmaması ilə bağlı sualı cavablandırarkən almaniyalı diplomat qeyd edib ki, seçkilərdə iştirak edən namizədlərin əsasən cavanlardan ibarət olması onların diqqətini çəkib və o, bunu müsbət hal kimi qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]