Volodimir Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumundan danışıb
Kiyev, 1 sentyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya kütləvi hücumunu şərh edib.
AZƏRTAC xəbər verir ki, Zelenski Rusiyanın zərbələrini həyatı maksimum dərəcədə dağıtmaq məqsədilə planlaşdırdığını və buna yalnız hava hücumundan müdafiə vasitələri kifayət etmədikdə müvəffəq olduğunu qeyd edib.
“Zərbə zamanı çox sayda reaktiv dron və ballistik raketdən istifadə olunub. Təəssüf ki, yaşayış evləri və mülki infrastruktur dağılıb”, – deyə Zelenski əlavə edib.
Xatırladaq ki, gecə saatlarında Rusiya hərbçiləri Kiyevdəki dəmir yolu deposuna məqsədyönlü ballistik zərbə endiriblər.
Nəticədə yeddi nəfər həlak olub, bir nəfər isə xəstəxanaya yerləşdirilib. Paytaxtın digər ərazilərinə edilən hava hücumlarından da zərərçəkənlər olub.
Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hücumlar nəticəsində Kiyevin səkkiz sakini həlak olub, yeddi nəfər yaralanıb. Yaralananlar arasında üç uşaq da var.
Ötən gecə Rusiya hərbçiləri Rumıniya ilə sərhəddə yerləşən “Orlovka” beynəlxalq keçid məntəqəsinə də hücum ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]