“Volvo” 72 min elektrik avtomobilini geri çağırır
Stokholm, 11 iyun, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçin “Volvo” avtomobil konserni dünyada 72 min yeni EX30 elektrik avtomobilini geri çağırır.
AZƏRTAC xəbər verir ki, səbəb bu model avtomobillərin mərkəzi ekranının ehtimal edilən nasazlığıdır, buna görə də sürətölçən göstərilmir.
Bu modeldə sürətölçən sükan arxasında deyil, sürücünün sağındakı böyük ekranda yerləşir və avtomobil işə salındıqda test rejiminə keçə bilər. Test rejimində sürət göstərilmir və nasazlığı aradan qaldırmaq üçün proqram təminatının yeniləməsi tələb olunur.
Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Magnus Holstun sözlərinə görə, təkcə İsveçdə 5 minə yaxın elektrik avtomobili uzaqdan həyata keçirilə bilən proqram təminatının yeniləməsini tələb edir.
Volvo EX30 satışları bu ilin yanvar ayında başlayıb. Bu günə qədər 35 min avtomobil satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]