“Vorskla” “Qarabağ”la oyuna görə aksiya təşkil edəcək
Kiyev, 31 oktyabr, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsinin iştirakçısı Ukraynanın “Vorskla” klubu “Qarabağ”la oyunda azarkeşlərin axınını təmin etmək üçün xüsusi aksiya keçirəcək.
AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, Poltava təmsilçisi “Qarabağ”la oyundan sonra milli çempionatda “Şaxtyor” klubu ilə qarşılaşmanın qiymətini cəmi 1 qrivna elan edib.
Qeyd edək ki, “Vorskla” - “Qarabağ” oyununun bilet qiyməti 50-dən 350 qrivnaya qədərdir.
Xatırladaq ki, bu qarşılaşma noyabrın 8-də Ukrayna vaxtilə saat 22:00-da keçiriləcək. “Vorskla” - “Şaxtyor” qarşılaşması isə noyabrın 11-də baş tutacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]