Vüqar Mustafayev Premyer Liqada 200-cü matçını keçirib
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XXIV turu Vüqar Mustafayev üçün əlamətdar olub. “Sumqayıt”ın müdafiəçisi çempionatda 200-cü matçını keçirib.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, 29 yaşlı futbolçunun yubileyi “Kəpəz”lə ev görüşünə (1:2) təsadüf edib. O, Premyer Liqadakı 200 oyunda 2 qol vurub.
V.Mustafayevin debütü 2013-2014-cü il mövsümündə “Bakı”da gerçəkləşib. O, Premyer Liqada 5 klubun formasını geyinib. Müdafiəçi paytaxtın eyniadlı klubunda 16, “Simurq”da 12, “Qarabağ”da 8, “Zirə”də 77, “Sumqayıt”da 87 oyun keçirib. Futbolçu “Qarabağ” və “Zirə”nin heyətində fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]