Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi Türk dünyasının həmrəyliyinə böyük töhfədir

Vüqar Rəhimzadə: Azərbaycan-Türkiyə birliyi Türk dünyasının həmrəyliyinə böyük töhfədir

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də dünyanın diqqəti Naxçıvan Muxtar Respublikasına yönəldi. Azərbaycana növbəti rəsmi səfərini edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda dövlət başçısı İlham Əliyev qarşıladı. Türkiyə Prezidentinin Naxçıvan səfəri zamanı iki dost, qardaş, müttəfiq ölkənin sarsılmaz birliyi, həmrəyliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Bu sənədlər iki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında möhkəm hüquqi baza olaraq əhəmiyyətli rol oynayacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O deyib: “Sentyabrın 25-də imzalanan sənədlər bizi 2020-ci ilin 10 dekabr tarixində ölkəmizdə keçirilən Zəfər paradında iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata birgə bəyanatlarında səsləndirdiyi fikirləri yada salmağa çağırış edir. Qardaş ölkənin Prezidenti həmin gün qeyd etmişdi ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcək.

Həmin vaxtdan ötən üç ilə yaxın dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına yönələn qarşılıqlı səfərlərin, həmçinin imzalanan sənədlərin say tərkibinə diqqət yetirdikdə bu imzaların işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun fərqli şəkildə yüksəlişinə necə böyük təsir göstərdiyini görməmək mümkün deyil. Türkiyə şirkətləri bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində fəal iştirak edirlər. Türkiyə Prezidenti azad Qarabağa və Şərqi Zəngəzura ilk səfər edən dövlət başçısıdır. Azərbaycan və Türkiyə prezidentləri hər zaman bir-birlərinin yanında olmaqdan qürur duyurlar. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları olan Füzuli və Zəngilan Beynəlxalq aeroportları məhz Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakları ilə dünyaya açılıb. Birgə atılan addımların miqyası o qədər genişdir ki, onların tam şəkildə xronologiyasını təqdim etmək mümkün deyil. Bu baxımdan şübhə yoxdur ki, Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində imzalanan hər bir sənəd də əlaqələrin inkişafında yeni mərhələnin, yeni prioritetlərin müəyyənləşdirilməsində mühüm rol oynayacaqdır. Bu sənədlər arasında iki qardaş ölkə prezidentlərinin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu xüsusi qeyd etmək istərdim. Ümumilikdə, Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü bir çox yaddaqalan məqamlarla diqqətdə oldu”.

Vüqar Rəhimzadə qeyd edib ki, iki qardaş ölkə hər zaman birlik, həmrəylik çağırışları ilə dünyanın diqqətindədir. Dünya bu iki dost ölkənin timsalında qardaşlığın, müttəfiqliyin nümunəsini görür. Böyük öndərlər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fikirləri bütün dövrlər üçün aktuallığını qoruyur, münasibətlərin yüksələn xətlə inkişafına bələdçilik edir. Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları iki qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə bir daha işıq saldı. Belə ki, Prezident İlham Əliyev mətbuata bəyanatında diqqəti bu günlərdə Azərbaycanın 24 saat müddətində apardığı lokal xarakterli antiterror tədbirlərinə yönəldərək bildirdi ki, əziz qardaşım bu hadisə baş verəndə Amerikada, Nyu-Yorkda idi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edirdi. Orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən ədalətli bəyanatlar verdi. Bu, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar idi. Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan qardaş ölkənin yanımızda olduğunu, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” çağırışını bir daha xatırlatdı və bildirdi ki, bu, bir çoxları üçün ciddi siqnal, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.

YAP Xətai rayon təşkilatının sədri iki ölkənin münasibətlərinin inkişafında yeni mərhələnin əsası olan Şuşa Bəyannaməsinə də diqqəti yönəldib. Qeyd edib ki, dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu sənəddən də bəhs etdi. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə əlaqələrimiz çox fəal dövrünü yaşayır. Türkiyədən Azərbaycanın bir parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start verildi. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Ölkə Prezidenti belə bir əminliyi ifadə etdi ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək.

Vüqar Rəhimzadə səfərin vacib məqamlarından biri kimi, Naxçıvanda alternativ enerji resursları hesabına elektrik enerjisinin ötürülməsi və ixrac olunması üçün sistemin qurulmasının nəzərdə tutulduğunu qeyd edib. Çünki Naxçıvan bu sahədə böyük potensiala malikdir. Hazırkı dövrün əsas çağırışlarından birinin məhz bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq, bu mühüm məsələnin əsas müzakirə edilən mövzular sırasında olması təqdir edilir. Prezidentlərin mətbuata birgə bəyanatlarında bu mühüm addım da diqqətə çatdırıldı ki, bir neçə gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcək. Prezident İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər.

Onun sözlərinə görə, qardaş ölkənin Prezidentinin paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrinə də səfər etməsi, bu məkanlarda qarşılanmaqdan qürur hissi keçirməsi münasibətlərimizin möhkəm təməl üzərində uğurlu inkişafından xəbər verir. Rəcəb Tayyib Ərdoğan bu qardaşlığı “Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk” fikirləri ilə ifadə etdi. Bildirdi ki, təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək. Ümumiyyətlə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələri inkişaf etdirmək üçün iradə ortaya qoyuldu.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, zəngin tarixə, sıx dostluq, qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Bu münasibətlər liderlərin şəxsi münasibətlərinin, səmimiyyətin əsasında daha da möhkəmlənir. Dünyaya nümunə olan bu dostluğa edilən əlavələr, Azərbaycan-Türkiyə birliyi ümumilikdə Türk dünyasının həmrəyliyinə böyük töhfədir. Zəngəzur dəhlizinin açılması türk birliyini daha da möhkəmləndirəcək.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ilk hissə başa çatıb

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir