Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik mövcuddur

Vüqar Rəhimzadə: Siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik mövcuddur

Bakı, 11 mart, AZƏRTAC

Ölkəmizdə həyata keçirilən siyasi islahatlar, onların zamanın tələblərinə uyğun təkmilləşdirilməsi dayanıqlı inkişafı şərtləndirən əsas amillər sırasındandır. İqtisadi və siyasi islahatların vəhdətliyinin təmin olunması fonunda hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Siyasi islahatların çox mühüm istiqamətlərindən biri kimi siyasi dialoq mühitinin formalaşdırılması da bu prosesə böyük dəstək olan əsas çağırışlar sırasında yer alır. Dövlətimizin başçısı İlham Əliyev ötən il altıncı çağırış Milli Məclisin ilk iclasında bu vacib məqama xüsusi diqqət yönəltmişdir ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşıb. Müxtəlif siyasi partiyalardan olan deputatlar parlamentin və komitələrin rəhbərliyində təmsil olunmaqla Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətləri sağlam zəmin üzərində qurmağa töhfələrini verirlər. Prezident Administrasiyasında aparılan islahatlara uyğun olaraq yeni yaradılan strukturlar sırasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyəti də bu məqsədə xidmət edir. Şöbənin rəhbəri Ədalət Vəliyevin mütəmadi olaraq siyasi partiyaların rəhbərləri və nümayəndələri ilə keçirdiyi görüşlər, onlarla dövrün aktual məsələləri ətrafında fikir mübadiləsi aparması və müzakirələr nəticəsində ümumi mövqe nümayiş etdirilməsi də bu sahədə əldə olunan uğurlar sırasındadır. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti daim partiyalar arasında əməkdaşlığın genişləndirilməsində, siyasi dialoq mühitinin formalaşmasında maraqlı olub”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə Prezident İlham Əliyevin bu çağırışını xüsusi diqqətə çatdırıb: “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz”. Bildirib ki, İkinci Qarabağ müharibəsi digər sahələrlə yanaşı, siyasi sistemdə təkmilləşmənin yol açdığı uğurların da təqdimatı oldu: “Ölkədə fəaliyyət göstərən 50 siyasi partiya dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini onun ətrafında sıx birləşmələri ilə təsdiqlədilər. Bu mühüm addımın davamı olaraq bu günlərdə Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 partiya öz müraciəti əsasında YAP-a qoşuldu. Bu, bir tərəfdən ölkəmizdə siyasi sistemin təkmilləşməsindən xəbər verirsə, digər tərəfdən Yeni Azərbaycan Partiyasına ümumxalq inamını və etimadını nümayiş etdirir. Bu kimi müsbət meyillərin güclənməsinə yönəlmiş addımların ardınca martın 10-da Milli Məclisdə “Siyasi dialoqun Azərbaycan modeli: qanunvericilik hakimiyyətinin rolu” mövzusunda konfransın keçirilməsi də təqdir olunmalı məsələlər sırasındadır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərlərinin və nümayəndələrinin, həmçinin Milli Məclisin 80-dək deputatının iştirakı ilə baş tutan konfrans bir daha bu reallığı ortaya qoydu ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemimizdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlıq mərhələsinin başlanmasını şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında mühüm rol oynayır. Məhz dialoq mühitinin yaranması nəticəsində siyasi partiyalar arasında yeni sağlam münasibətlər formalaşıb”.

Baş redaktor onu da əlavə edib ki, bu kimi mühüm addımlardan dialoqdan kənarda olan partiyalar da ibrət götürməlidirlər: “Hər zaman radikal mövqeləri ilə diqqət çəkən, ölkəmizin uğurlarına qara eynəkdən baxmağa adətkar olan, siyasi dialoq prosesinə öz maraqlarını qəbul etdirmək kimi yanaşan ünsürlər son dövrlər siyasi partiyaların davamlı xarakter alan görüşlərindən də kənarda qalır, istər İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə ermənipərəst mövqeləri ilə cəmiyyətin nifrətini qazanırlar. Onlar üçün siyasi dialoqun təşkili köhnə vərdişlərinə və düşüncələrinə uyğun olaraq hakimiyyətin qarşısına hansısa absurd tələbin qoyulması və onu qəbul etdirmək niyyətlərinə çatmaq üçün bir vasitədir. Bu istəkləri baş tutmayanda daş atıb başlarını tuturlar ki, hakimiyyət dialoq tərəfdarı deyil. Bax, budur bu ünsürlərin demokratiya düşüncələri. Necə ki, illərdir müxalifətçilik anlayışının mahiyyətini dərk etmirlər, eləcə də siyasi dialoq məsələsi gündəmə gələndə, ona öz şəxsi və qrup maraqları prizmasından yanaşır, bu istiqamətdə rəy formalaşdırmağa cəhd edirlər. Unudurlar ki, fərziyyə reallıq deyil. Əgər bu gün biz dağıdıcıların əvvəlki təfəkkürlərinə istinad etsək görərik ki, bu ünsürlər hakimiyyətlə müxalifət arasında dialoqun təşkil edilməsi üçün bir qayda olaraq xarici himayədarlarından kömək istəyiblər. Burada da məqsəd bəlli idi: Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq, ölkəmizin demokratik imicinə zərbə vurmaq. Guya bu addımı xarici dəstəksiz atmaq mümkün deyildi. Azərbaycan hakimiyyətinin antimilli ünsürlərdən əsas tələbi hər zaman bu olub ki, daxili məsələlər ölkənin daxilində həll edilməlidir”.

“Bugünkü hadisələr bir daha təsdiqləyir ki, antimilli ünsürlərin apardıqları təbliğatın əksinə olaraq ölkəmizdə demokratik mühit mövcuddur” deyən Vüqar Rəhimzadə vurğulayıb ki, bütün siyasi partiyalara fəaliyyətləri üçün normal şərait yaradılıb, onlar arasında əməkdaşlıq mühiti var, ölkənin inkişafı, ümummilli məsələlər üçün bir araya gəlmək imkanındadırlar: “Prezident İlham Əliyev YAP-ın VII qurultayında da bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmiş, təşəbbüsləri alqışlamış və artıq bu dialoq baş tutub. Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Antimilli ünsürlərlə heç vaxt bir masa arxasında otura bilmərik. Onlar satqın, xaindirlər. Bu gün antimilli şurada cəmləşən milli satqınlar şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyirlər. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb”.

V.Rəhimzadə qeyd edib ki, bu gün bütövlükdə siyasi sistemdə əməkdaşlığın çərçivəsi genişlənir: “Hazırda Milli Məclisdə 9 siyasi partiya təmsil olunur. Artıq fəaliyyətə başlamasının bir ili tamam olan yeni tərkibli Milli Məclis siyasi islahatların yeni mərhələyə qədəm qoymasına öz töhfələrini verir. Siyasi dialoq mühitinin dərinləşdirilməsinə səylər göstərir. Bu günümüzün reallığı budur ki, siyasi qüvvələrin mütləq əksəriyyəti arasında milli vəhdət və həmrəylik mövcuddur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var