Vüqar Süleymanov: Mina təmizləmə fəaliyyəti bir sıra amillərdən asılıdır
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan minalarla çirklənmiş ölkələr sırasında ön yerlərdədir, amma birinci deyil. 2020-ci il müharibədən sonra işğaldan azad edilmiş ərazilərin bugünkü mənzərəsinə nəzər salsaq nə qədər böyük dəyişikliklərin şahidi olarıq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov aprelin 4-də keçirilən mətbuat konfransında çıxışı zamanı söyləyib.
V.Süleymanov bildirib ki, bu, ölkə rəhbərinin siyasətidir və onun qarşımızda qoyduğu vəzifələrin icrasının nəticəsidir: “Həmin ərazilərdə infrastruktur layihələrinin sürətlə icrası hər kəsi təəccübləndirir. Hamı da başa düşür ki, bu infrastruktur layihələri, tikinti, quruculuq işləri mina təmizləmə fəaliyyəti olmadan baş tutmazdı. Mina təmizləmə fəaliyyəti bir sıra amillərdən asılı olan işdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:14]
Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb
- 15.10.2026 [15:07]
“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO
- 15.10.2026 [15:03]
Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub
- 15.10.2026 [14:44]
Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO
- 15.10.2026 [14:09]
Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
- 15.10.2026 [14:08]