VURULAN TU-154 TƏYYARƏSİ SƏRNİŞİNLƏRİNİN QOHUMLARINA 7,809 MİLYON DOLLAR KOMPENSASİYA VERİLƏCƏKDİR
Sənəddə deyilir ki, kompensasiyanı aviaqəzanın qurbanlarının ailə üzvləri olan və kompensasiyanın məbləği ilə yazılı surətdə razılaşmış Rusiya vətəndaşları alacaqlar. Həlak olmuş hər sərnişinə görə 200 min dollar ödəniləcəkdir. Bir il ərzində iddia şərtlərini qəbul etməyənlər, həmin məbləğdən məhrum ola bilərlər.
2003-cü ildə Ukrayna və İsrail həlak olmuş İsrail vətəndaşlarının qohumlarına 7,59 milyon dollar, yəni həlak olmuş hər adam üçün 200 min dollar məbləğində kompensasiya ödənilməsi barədə saiz imzalamış və ratifikasiya etmişdilər. 2001-ci il martın 4-də Rusiyanın Təl-Əvivdən Novosibirskə uçan “Sibir” aviaşirkətinə məxsus TU-154 təyyarəsi Krımda Ukrayna hava hücumundan müdafiə qüvvələrinin təlimləri zamanı buraxılmış raketlə vurulmuşdu. Qəza nəticəsində, əsasən, İsrail vətəndaşı olan 66 sərnişin və 12 heyət üzvü həlak olmuşdu.