Vyanada terror aktı törədən cinayətkarın şəxsiyyəti müəyyən edilib
Vyana, 3 noyabr, AZƏRTAC
Noyabrın 2-də Vyana şəhərinin mərkəzində terror aktı törədən, 4 nəfərin ölümü və 17 nəfərin yaralanmasına səbəb olan cinayətkarın şəxsiyyəti müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, terrorçu Şimali Makedoniya əsilli 20 yaşlı gənc olub. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, səhər saatlarında evində axtarış aparılan cinayətkar terrorçu qruplaşmalarda iştirak maddəsi ilə (Cinayət Məcəlləsinin 278b maddəsi) həbsdə olub. Bildirilir ki, İŞİD terror təşkilatına rəğbət bəsləyən və bu qruplaşmaya qoşulmaq üçün Suriyaya səfər etməyə çalışan gənc 2019-cu il aprelin 25-də 22 aylıq həbs cəzasına məhkum edilib. Ötən ilin dekabrında isə yeniyetmələr üçün imtiyazların tətbiqi ilə azadlığa buraxılan cinayətkarın həbs müddəti şərti cəza ilə əvəzlənib.
Daxili İşlər naziri Karl Nehammer Avstriya Mətbuat Agentliyinə (APA) müsahibəsində bildirib ki, Vyana və Sankt-Pölten şəhərlərində terrorçunun yaxın ətrafına aid 15 şəxsin evində də axtarışlar aparılıb, bir neçə nəfər saxlanılıb.
Terror aktı zamanı polis tərəfindən məhv edilən cinayətkar Avstriya ilə yanaşı, Şimali Makedoniya vətəndaşlığına malik olub.
Cinayət hadisəsi ilə bağlı əməliyyat və təhqiqat işləri davam etdirilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]