Vyetnamda daşqınlar: ölənlərin sayı 98-ə çatıb
Bakı, 26 noyabr, AZƏRTAC
Vyetnamın mərkəzində leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 98-ə yüksəlib, daha 10 nəfər itkin düşüb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin təbii fəlakətlərlə mübarizə və bəndlərə nəzarət idarəsinin çərşənbə günü dərc etdiyi hesabatda bildirilir.
İdarədən verilən məlumata görə, 2000-dən çox ev zədələnib, 426 ev tamamilə dağılıb. 51,8 min hektardan çox çəltik və digər əkin sahələri su altında qalıb. 920 mindən çox mal-qara və ev quşları tələf olub.
Təbii fəlakətin ölkəyə vurduğu iqtisadi zərər 14,3 trilyon Vyetnam donqu (təxminən 570 milyon ABŞ dolları) həcmində qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]