“WhatsApp” istifadəçilərinə funksionallığın məhdudlaşdırılması haqqında xəbərdarlıq edilib
Bakı, 16 mart, AZƏRTAC
“WhatsApp” messencerində istifadə şərtləri və məxfilik siyasətinin yenilənməsinə başlanılıb. Martın 15-də messencerin istifadəçiləri yeni şərtlərin qəbul olunmasını tələb edən bildiriş alıblar.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bildirişə əsasən, istifadəçi yenilənmiş şərtlərdən imtina etdiyi halda əvvəlki kimi mesaj və zənglər ala biləcək, ancaq onları oxuya və zənglərə cavab verə bilməyəcək.
Messencerin tam funksionallığından istifadə etmək üçün yenilənmiş şərtləri və məxfilik siyasətini qəbul etmək lazımdır.
Fevralın sonunda “WhatsApp”ın yeni şərtlərini qəbul etməyən müştərilərin funksionallığının məhdudlaşdırılacağı məlum olub. Məlumata görə, uzun müddət ərzində yeni şərtləri qəbul etməmiş qeyri-aktiv hesablar silinəcək. Dəyişikliklər mayın 15-dən qüvvəyə minəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]