Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Xaçmaz KOB İnkişaf Mərkəzində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən startap və kiçik sahibkarların iştirakı ilə təlim keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, “Korporativ hüquq” mövzusunda təşkil olunmuş budəfəki təlimdə əmək hüququ, kommersiya qurumlarının yaradılması, şirkətin ləğvi və yenidən təşkili, idarəetmə, müflisləşmə və sair məsələlər barədə ətraflı məlumat verilib, KOB-ları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Xaçmaz “KOB evi”ndə fəaliyyət göstərən KOB İnkişaf Mərkəzi kiçik və orta sahibkarları, biznesə yeni başlayanlara təlim və məsləhət xidmətləri göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:44]
“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib
- 16.10.2026 [15:36]
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
- 16.10.2026 [13:36]
Qubada texniki təhlükəsizlik mövzusu müzakirə olunub
- 16.10.2026 [12:02]