Xaçmaz və Xudat şəhərinin küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb
Xaçmaz, 23 mart, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında növbəti dəfə dezinfeksiya işləri həyata keçirilir.
Martın 23-də Xaçmaz və Xudat şəhərinin küçə və prospektləri, yaşayış binalarının ətrafı və insanların kompakt toplaşdığı başqa yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılıb.