Xaçmazda avtomobilində pirotexniki vasitələr satan şəxs saxlanılıb
Xaçmaz, 31 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları pirotexniki və tezalışan vasitələrin gizli satışını həyata keçirən Şəhriyar Məmmədseyidovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ş.Məmmədseyidov “Priora” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən “iş başında” yaxalanıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən külli miqdarda partlayıcı maddə və pirotexniki vasitə aşkarlanıb.
Ş.Məmmədseyidovun barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:21]
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib
- 15.10.2026 [19:52]
Şərurda müşavirə keçirilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]