Xaçmazın 5 kəndində qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Dədəli, Baraxum, Sabiroba, Bostancı və Palıdlı kəndlərinin sakinləri ilə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair maarifləndirici görüşlər keçirilib.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, sakinlərə zərərvericinin bitkilərə və kənd təsərrüfatına vurduğu ziyan, eləcə də payız-qış mövsümündə aparılmalı mexaniki mübarizə tədbirləri barədə ətraflı məlumat verilib.