Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq Cümhuriyyətinin yadigarı - Bakı Dövlət Universiteti

Bakı, 1 sentyabr, AZƏRTAC

1918-ci ildə müstəqil dövlətlər sırasına adını yazdıran Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, bu qısa müddətdə ölkənin firavan gələcəyinə yönəlmiş bir çox addımlar atıb. Bunlardan biri də sonrakı dövrlərdə Azərbaycan təhsilində önəmli yer tutan Bakı Dövlət Universitetinin yaradılmasıdır.

Cümhuriyyət tarixini araşdıran Əfqan Vəliyev Bakı Dövlət Universitetinin yaradılması ilə bağlı tədqiqatlarında bir sıra dəyərli məlumatlar üzə çıxarıb. AZƏRTAC yazıçı-tədqiqatçının qeydlərini təqdim edir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qərbi Avropanın demokratik prinsiplərinə dayanan müasir və müstəqil elm və təhsil ocağı qurmağı qarşıya məqsəd qoymuşdu. Bununla bağlı 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti tərəfindən 32 nömrəli qanunla Bakı şəhərində dövlət universitetinin yaradılmasına qərar verildi və həmin ilin dekabrından etibarən Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Yeni yaradılmasına baxmayaraq, universitetdə fizika, riyaziyyat, tibb, hüquq, tarix və ədəbiyyat fakültələri fəaliyyət göstərirdi. Universitet skolastik Orta əsr Şərq zihniyyətindən uzaq, Qərbi Avropanın məşhur elm ocaqlarını özünə nümunə götürən müasir bir təhsil məkanı idi.

Bakıda universitetin açılması mühüm tarixi əhəmiyyət kəsb edirdi. Bununla xalqın elm, təhsil və mədəniyyətə olan marağı daha da artdı. Azərbaycan övladları öz vətənlərində müasir universitet təhsili almaq imkanı qazandılar. Beləliklə, Azərbaycanda ilk universitet təhsilinin təməli qoyuldu. Bu da milli şüurun, müstəqil dövlətçilik duyğularının güclənməsinə təsir edirdi. Universitetin yaradılması və fəaliyyəti sadəcə Azərbaycan üçün deyil, eyni zamanda, müsəlman və türk dünyası üçün də tarixi bir hadisə idi.

Bakı Dövlət Universitetinin qurulması ilə əlaqədar Cümhuriyyət parlamentində uzun və səmərəli müzakirələr getmişdi. Belə müzakirələrdən birində “Slavyan-Rus Fraksiyası” adından çıxış edən deputat Kravçenko “Rusiyada dağıdılmış olan rus mədəniyyətinin Azərbaycanda yaşadılacağı” baxımından bu təşəbbüsü alqışladığını söyləmişdi. Bu çıxışdan sonra söz alan “Müsavat” partiyasının məclis qrupunun nümayəndəsi Mehdi bəy Hacıbababəyli Kravçenkoya belə cavab vermişdi: “Millətlər zindanı olan çar Rusiyasının yıxılması ilə Azərbaycanda hür və demokratik bir Cümhuriyyət, Rusiyada isə çarların istibdadını kölgədə qoyan qızıl bir vəhşət rejimi qurulmuşdur. Bu rejim bütün hürriyyətlərlə bərabər elm və irfan hürriyyətini ortadan qaldırmışdır. Rus mədəniyyətinə bu sürətlə ölüm zərbəsi endirilmişdir. Bu, bir həqiqətdir. Mədəniyyət və hürriyyətə, elm və irfana susamış olan Azərbaycan türklüyü buna elm adına təəssüf edir. Fəqət bu hadisə rusluq ilə heç bir əlaqəsi olmayan Azərbaycana rus mədəniyyətini yaşatmaq vəzifəsini verməz. Azərbaycanın qazanmış və əldə etmiş olduğu istiqlal, onun mədəni və kültürəl istiqlalını da əhatə etməkdədir. Qərbin hürriyyət sayəsində yaratdığı yüksək və zəngin mədəniyyət xəzinəsinə eyni yollardan gedərək qovuşmaq əzmində olan hür, azad, müstəqil və demokratik Azərbaycan Cümhuriyyəti, öz milli mədəniyyətini inkişaf etdirmək, yüksəltmək və yaşatmaq sürəti ilə bəşəriyyətin mədəniyyət karvanındakı yerini tutmaqdan başqa bir məqsəd güdməməkdədir...”.

Həmin tarixi iclasda parlamentdə katib vəzifəsində işləyən Mirzə Bala şahidi olduğu və rəsmi qeydə aldığı bu çıxışlar haqda yazır: “Azərbaycan parlamentinin ilk iclasından son iclasına qədər daimi zabit katibi olmağım səbəbi ilə orta təhsilimi də ondan aldığım müəllimim Mehdi bəyin ağlımda qalan sözləri böyük alqış almış və təzahürata səbəb olmuşdur. Bu vəziyyət qarşısında sözlərini geri alan Kravçenkoya bu sözləri söyləmək cəsarəti verən isə yeni qurulan Bakı Universitetinin bəzi fakültələrində dərs tədrisinin bir müddət rusca verilməsi məsələsi idi. Fəqət, sabiq Rusiya imperiyasının xarabalıqları üzərində qurulan yeni milli dövlətlərin çoxunda bu məsələ müvəqqəti olaraq bu vəziyyətdə idi. Tələbəsi azərbaycanlı olan universitetin professor və müəllim kadrlarının çoxluğunun ruslardan ibarət olması, tədrisin hər zaman rus dilində aparılacağı və rus dilinin də aparıcı ikinci elmi dil olacağı və qəbul ediləcəyi mənasına da gəlmirdi. Deputat Mehdi bəy Kravçenkoya cavabında da bunu belə dilə gətirmişdi: “Bakı Universiteti 4-5 il sonra tədrisi tamamilə Azərbaycan türkcəsində verə biləcək səviyyəyə gələcəkdir”.

Universitet yaradıldıqdan sonra əsas hədəf qısa müddət ərzində tədrisin Azərbaycan türkcəsində aparılmasına nail olmaq idi. Bunu nəzərə alan Təhsil Nazirliyi ilk və orta məktəblərdə dərslərin tamamilə ana dildə tədris olunmasına başlamışdı. Eyni zamanda, rus dili və Qərbi Avropa dilləri də öyrədilirdi. Bu da yeni nəslin Avropa və dünyaya inteqrasiya olması məqsədi daşıyırdı. Yeni qurulan universitetin kadr təminatında yerli müəllimlərə daha çox üstünlük verilməsinə baxmayaraq, milli kadr problemi də yaşanırdı. Təhsil Nazirliyi kadr ehtiyacını ödəyə bilmək üçün Türkiyədən müəllimlər dəvət etmişdi. M.Ə.Rəsulzadə, R.Qaplanov və başqa siyasət və dövlət xadimləri könüllü olaraq universitet auditoriyalarında mühazirələr oxuyurdular. Hətta hökumətin qərarı ilə yuxarı siniflərdə tədris Osmanlı türkcəsində aparılmışdı. Yeni universitet və Cümhuriyyət üçün kadr yetişdirmək məqsədi ilə dövlət tərəfindən Türkiyə və Avropa ölkələrinə təhsil üçün yüzdən çox tələbə göndərilmişdi.

İri büdcəyə sahib olan Bakı Dövlət Universiteti mədəni və sosial bazası ilə yaxın gələcəkdə türkdilli xalqlar və Xəzəryanı ölkələr üçün də elm və təhsil mərkəzi olmağa ən yaxşı namizəd idi.

Həmin ərəfədə Bakı Dövlət Universiteti üçün ayrıca kompleks inşa olunurdu. Kompleksdə kitabxana, laboratoriya, klinika, tələbə və müəllim yataqxanası, universitet məhəlləsi də tikilirdi. Yeni kompleks hələ hazır olmadığı üçün universitet müvəqqəti olaraq “Bakı Ticarət Liseyinin” binasında fəaliyyət göstərirdi. Universitetin dərslik və elmi vəsaitlərə olan ehtiyacını təmin etmək məqsədi ilə nazirlik nəzdində “Təlif və Tərcümə Mərkəzi” yaradılmışdı. Bu tərcümə mərkəzində Qərbdə və dünyada nəşr edilən dərslik və ədəbiyyatlar tərcümə edilir, tədris mərkəzlərinə göndərilirdi.

Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski sonralar bu təhsil ocağının fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edərkən yazırdı: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşuğunda yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edə bilərik”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil