Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq rəssamı Əzim Əzimzadənin ev-muzeyindən REPORTAJ

Burada hər şey onu xatırladır...

Bakı, 1 avqust, Abdulla Suvar, AZƏRTAC

Onun adı çəkiləndə "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" və s. kimi məşhur rəsm əsərləri göz önündə canlanır. Rəssamın yaradıcılıq məhsulları yaşadığı dövrdə maraqla qarşılandığı kimi indi də öz aktuallığını qoruyub saxlayır. Aradan çox küləklər əsib - internet əsrinə gəlib çıxsaq da, həmin sənət inciləri çağdaş dövrdə də əsl sənət nümunəsi kimi qalır. Söhbət rəssam-qrafik, Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadədən (1880-1943) gedir.

Paytaxtın Dilarə Əliyeva küçəsi 157 ünvanında onun adını daşıyan ev-muzeyi var. Vaxtilə sənətkar həmin ünvandakı evdə yaşayıb-yaradıb. Qapını xatirə muzeyinin direktoru, tənqidçi-sənətşünas İradə Əzimzadə açır. O, AZƏRTAC-ın müxbirinə bələdçilik edir, sənətkarın həyat və yaradıcılığı, həmçinin muzey barədə geniş məlumat verir.

Muzeyin hər künc-bucağında Əzimzadənin əşyaları qorunur: eynəyi, fırçaları, stolüstü lampa, müxtəlif növ heyvan fiqurları, həyat yoldaşının servisləri, Mircəfər Bağırovun sifarişi ilə hazırlanan “Ölüm maskası”, rəflərdə isə mütaliə etdiyi kitablar və nələr, nələr... İradə xanım deyir ki, Əzimzadə lampa işığında işləməyi xoşlayırmış...

İradə xanımın sözlərinə görə, fırça ustasının vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. Mədəniyyət ocağı 1968-ci ildə qapılarını ziyarətçilərin üzünə açıb. Bu, Bakıda yaradılan ilk ev muzeyi olub. Mədəniyyət Nazirliyinin köməyi ilə muzeyin binası yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilib və ekspozisiyaya yeni bədii tərtibat verilib. Hazırda xatirə muzeyində rəssamın 2120 eksponatı, Milli İncəsənət Muzeyində 232 əsəri, 3 albomu, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində isə 499 eksponatı saxlanılır.

Muzeyin direktoru deyir: “İlin birinci yarısında muzeyin 2500 ziyarətçisi olub, il ərzində isə təxminən 5 minə yaxın ziyarətçi qəbul edirik. Əsasən Türkiyə, Gürcüstan, Rusiya, İran, Almaniya və başqa ölkələrdən qonaqlarımız olur. Ziyarətçilərin əksəriyyəti onun karikaturaları ilə maraqlanırlar”.

Xatirə muzeyində rəssamın əsərləri, yaşadığı mühiti əks etdirən guşə və fəaliyyətini özündə cəm edən şəxsi fondu qorunur.

Xalq rəssamı fəxri adına layiq görülən ilk sənətkar

Ailənin yeganə övladı olan Əzim Əzimzadə Abşeron rayonunun Novxanı kəndində dünyaya göz açıb. Çox maraqlıdır ki, onun rəssamlıq təhsili olmayıb. Cəmi 4 il rus-tatar məktəbində təhsil alıb. Əzim Əzimzadə bu sənəti özü öyrənib. O, öz yaradıcılığında əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnib.

Əzimzadə 1903-cü ildə ailə qurub. Həyat yoldaşı Səriyyə evdar qadın idi. Ailədə beş övlad böyüyüb: üçü oğlan - Abdulla, Həbib, Lətif, ikisi qız - Pəricahan və Zəhra. Övladlarından yalnız Həbib atasının sənətini davam etdirib. İradə xanım deyir ki, muzeyin ilk direktoru da o olub: “Həbib Əzimzadə mənim qayınatamdır. Yadıma düşmüşkən deyim, Mehdi Hüseynzadə Əzimzadənin həm tələbəsi, həm də qohumu olub. “Uzaq sahillərdə” filmində göstərildiyi kimi Mehdi gözəl rəssam idi, möhtəşəm portretlər çəkirdi. Həbib Əzimzadə isə karikaturist idi”.

Rəssamlığa məşhur “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və digər jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoyub.

Muzeydə Ə.Əzimzadənin məişət mövzusunda çəkilmiş həmin dövrün adət-ənənələrini əks etdirən “Kos-kosa”, “Tonqaldan atlanırlar”, “Mirasın bölüşdürülməsi”, “Kəndirbaz”, “Varlı evində toy”, “Kasıb evində toy” və s. akvarelləri maraq doğurur. Muzeydə siyasi karikatura janrında bir çox nümunələr yer alıb. Faşizmi ifşa edən “Şir və pişik balası”, “Faşizmin çöhrəsi”, “Fürerin qənimətləri”, “Vurulmuş kartlar” və digər karikaturaları bu qəbildəndir.

1927-ci ildə Xalq rəssamı fəxri adına layiq görülən ilk sənətkar kimi adı sənət salnaməsinə yazılıb.

Qara rəngli telefon, qara xəbər və rəssamın son arzusu

Muzeydə diqqət çəkən əşyalardan biri də köhnə ev telefonudur. Adama elə gəlir ki, telefonun dəstəyini qaldıran kimi dahi rəssamın səsini eşidəcək...

Qəlbimizdə qəribə duyğular oyanır: görəsən məşhur fırça ustası bu telefon vasitəsilə kimlərə zəng vurub, kimlərlə danışıb? Muzeyin direktoru ürəyimi oxuyurmuş kimi qara rəngli telefonla Əzim Əzimzadənin iki dəfə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovla danışdığını deyir. Onu da öyrənirik ki, o, ilk dəfə Mircəfər Bağırova sevimli tələbəsi, sonradan Xalq rəssamı səviyyəsinə yüksələn Mikayıl Abdullayevlə bağlı zəng vurub. Mircəfər Bağırovun görkəmli rəssama böyük hörməti olub və sənətini yüksək qiymətləndirib.

Məşhur rəssam Mircəfər Bağırova üç övladının İkinci Dünya müharibəsində iştirak etdiyini deyir və onlarla qürur duyduğunu bildirir. O, respublika rəhbərindən sevimli tələbəsi Mikayıl Abdullayevi arxa cəbhədə saxlamağı xahiş edir. Əzimzadə onun çox böyük istedada malik olduğunu deyir. Onun xahişi nəzərə alınır.

Tale elə gətirir ki, 1943-cü ildə Mircəfər Bağırov rəssama zəng edir. Əzimzadə müharibədə döyüşən sonbeşiyi Lətifin ölüm xəbərini eşidəndə əlindəki qələmini qırır, eynəyi gözündən yerə düşərək sınır (həmin eynək və qələm də indi muzeyin eksponatları arasındadır). Ağır itkiyə tablaşa bilməyən rəssam bərk xəstələnir və bir daha fırçanı əlinə götürmür. Bunu eşidən Mircəfər Bağırov Əzim Əzimzadəyə zəng vuraraq ondan son arzusunu soruşur. Rəssam bu dünyadan oğlanlarının heç olmasa birinin çiynində köçmək istəyini bildirir. Bağırovun göstərişi ilə rəssamın ortancıl oğlu Həbibi Kerç şəhəri uğrunda gedən döyüşlərdən Bakıya çağırırlar. Həbib can üstə olan atasının son nəfəsinə çata bilmir...

Cəbhədə döyüşən kiçik oğlunun “qara xəbər”inə dözməyən atanın ürəyi 1943-cü il iyunun 16-da döyünməkdən dayanır.

İnnabı rəngin naxışları

Əzim Əzimzadə öz əsərlərində zamanın eybəcərliklərinə, çatışmazlıqlarına güzgü tutub, onları kətan üzərinə köçürüb. İstedadlı fırça ustasının əsərləri ona ölkə sərhədlərindən uzaqlarda da şöhrət gətirib.

1940-cı ildə yaradıcılığının 35 illik yubileyi ilə əlaqədar Moskvada keçirilən X dekadada iştirak edən rəssamın 1200 əsərdən ibarət sərgisi nümayiş etdirilib və o, vətənə “Qabaqcıl Əmək Nişanı Ordeni”, tərifnamə və müxtəlif hədiyyələrlə qayıdıb.

İradə xanımın dediyinə görə, rəssam əsərlərinin çoxunu pay verib: “Onun elə əsərləri var ki, şəxsi kolleksiyalarda saxlanılır. İndiyədək onun doğma Novxanı kəndindən sakinlər rəssamın evlərində olan əl işlərini muzeyə gətirirlər. Əzimzadə sənətindən bəhrələnərək yaratdığı əsərləri muzeyə hədiyyə edən rəssamlar da var”.

Söhbət əsnasında onu da öyrəndik ki, Əzim Əzimzadə əsərlərində qəhvəyi ilə qırmızı rəngin qarışığından yaranan innabı rəngdən geniş istifadə edib. O dövrdə həmin rəngdə olan geyim və bəzək əşyaları ən çox imkanlı ailələrdə olub. Rəssam innabı rəngin xalqımıza məxsusluğunu dəfələrlə sübut edib. O, öz əsərlərini ən çox Sankt-Peterburqda istehsal olunan boyalardan istifadə etməklə çəkib.

Atlas parça üzərində yazılmış təbriklər, xüsusi hazırlanmış nərdtaxta

Muzeyin girişində Xalq rəssamı Ömər Eldarovun Əzim Əzimzadənin tuncdan hazırladığı büstü var. Görkəmli heykəltəraş həmin büstü 1968-ci ildə açılan muzeyə hədiyyə edib.

1927-ci ildə rəssamın yaradıcılığının 20 illiyi münasibətilə atlas parça üzərində yazılmış yubiley təbriki də qorunan əşyalar sırasındadır. Çox nəfis şəkildə hazırlanmış və bu günədək təravətini qoruyub saxlamış bu qiymətli hədiyyə özü-özlüyündə əsl sənət nümunəsidir.

İradə xanım bir maraqlı məlumat da verir: “Əzim müəllim nərd oynamağı çox sevərmiş. Hətta xüsusi zövqlə zərləri fil sümüyündən olan nərdtaxta da düzəltdiribmiş. Evə qonaq gələn hər kəsi nərdtaxta arxasında əyləşməyə vadar edərmiş. O, rəqibini bir-iki “tas” udmamış rahatlıq tapmazmış...”

Rəssamın sevimli nərdtaxtası muzeyin qiymətli əşyaları arasında qorunur. Onun ağlı-qaralı daşları, zərləri üzərində Üzeyir Hacibəylinin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, Süleyman Rüstəmin, Bülbülün, Sidqi Ruhullanın, Nəriman Nərimanov, Hacağa Abbasov və başqalarının əl izləri var.

Rəssamın vəfalı dostu “Qraf”

Qonaq otağında fortepiano, onun üstündə çoxlu sayda heyvan fiqurları, mərmərdən olan stul, sədəfdən hazırlanmış mebel və digər əşyalar diqqət çəkir. Vaxtilə Üzeyir bəy, Cəlil Məmmədquluzadə bu evə tez-tez gələr, qonaq otağına yığışıb söhbət edər, müzakirələr apararmışlar.

Əzimzadə həm də musiqi vurğunu olub. Üzeyir bəy onun qonağı olanda fortepianoda ifa edər, o da dinləyərmiş. Əzimzadənin övladlarının da pianinoda ifa etmək bacarıqları olub.

İradə xanım böyük karikatura ustasının fiqurları çox sevdiyini söyləyir və onlardan biri də onun sevimli iti “Qraf”ın fiqurudur: “Əzimzadə heyvanları çox xoşladığından ona “Qraf” adlı iti hədiyyə ediblər. O, hər dəfə poçta qonorar almağa “Qraf”la gedərmiş. Poçtda iti hamı tanıyırmış. Oğlunun itkisindən sonra rəssam xəstələndiyindən poçta gedə bilmirmiş. “Qraf” poçtdan Əzimzadənin qonorarını gətirərmiş. Qonorarı gələn kimi zəng edib ona xəbər verir, o da sədaqətli iti poçta göndərərmiş. O da maraqlıdır ki, vəfalı it sahibinin vəfatından sonra çox yaşamır”.

Ensiz küçələrin işığı

Əzim Əzimzadə 40 illik yaradıcılıq fəaliyyəti dövründə 3 mindən artıq satirik rəsm, karikatura, illüstrasiya, plakat, səhnə dekorasiyası, geyim eskizi və başqa əsərlər çəkib. O, həm də Azərbaycanda plakat və teatr rəssamlığının banisi hesab olunur. “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarının bədii tərtibatının və geyim eskizlərini verib.

Əzim Əzimzadə bütün ruhuyla xalqına, millətinə bağlı sənətkar idi. O, çəkdiyi karikaturalarla qəflət yuxusundan oyanmağa, heç kimdən geri qalmamağa çağırırdı. Onun jurnallarda, xüsusilə “Molla Nəsrəddin”də dərc olunan bir sıra karikaturaları ya imzasız, ya da O. Şmerlinq imzasıyla gedirdi. Buna baxmayaraq, onun dəst-xətti, üslubu özünü büruzə verirdi. Sonralar rəssam həmin karikaturaların altından “mənimdir” yazmaqla müəllifliyini təsdiq etdi.

Ə.Əzimzadə görkəmli satirik şair M.Ə.Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası sənətinin əsasını qoyub. Onun teatr tamaşalarına çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının inkişafına xüsusi təkan verib. Maraqlıdır ki, Əzimzadə realist portret janrında məşhur Şərq şairi Cəlaləddin Ruminin, sərkərdə Səlahəddin Əyyubinin və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin obrazlarını yaratmışdı.

Muzeydə rəssamın vaxtilə çəkdiyi ornamentlər də çoxdur. Görkəmli xalçaçı-rəssam Lətif Kərimov həmin ornamentlər əsasında xalçalar işləyib.

...Ensiz, dar küçələrlə aralansaq da, uzaqdan arxada qalan muzeyə boylanırıq. Çoxmərtəbəli binanın birinci mərtəbəsindəki xatirə muzeyi dar, əyri-üyrü küçələrə sanki genişlik və işıq gətirməklə yanaşı, şəhərin hər yerindən görünür. Çünki orada həm əsl sənət məbədi var, həm də böyük sənətkarın ruhu...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar