Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin apreli

Bakı, 19 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3 aprel. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-ın “Ekson” neft şirkətinin vitse-prezidenti Tim Saykanı, “Türk Petrolları Anonim Ortaqlığı” şirkətinin nümayəndə heyətini ayrı-ayrılıqda qəbul etdi.

Hərbi quruculuq məsələləri ilə əlaqədar müşavirə keçirdi.

7 aprel. Ümumdünya Sağlamlıq Günü münasibətilə Bakıdakı 5 saylı kliniki doğum evinin işçiləri ilə görüşdü.

8 aprel. Ü. Hacıbəyov adına Musiqi Akademiyasında beynəlxalq müsabiqələrin qalibləri ilə görüşdə çıxış etdi.

12 aprel. Azərbaycan və Türkiyə arasında neft sahəsində əməkdaşlığa dair sazişin imzalanması mərasimində çıxış etdi. Türkiyənin iş adamları ilə görüşdü.

14 aprel. Respublikada aqrar islahatların gedişinə və kənd təsərrüfatında vəziyyətə həsr olunmuş müşavirə keçirdi.

16 aprel. ABŞ jurnalistlərinə müsahibə verdi.

Xalq şairi Məmməd Arazın yaradıcılıq gecəsində iştirak etdi.

17-18 aprel. Avropa İttifaqının rəhbərləri ilə danışıqlar aparmaq üçün Brüsseldə səfərdə oldu. Səfər çərçivəsində, həmçinin Belçikada və Avropanın digər ölkələrində yaşayan soydaşlarımızla görüşdü.

19 aprel. Azərbaycanın Beynəlxalq neft konsorsiumundakı payının bir hissəsini ABŞ-ın “Ekson” neft şirkətinə verməsi haqqında sənədlərin imzalanması mərasimində çıxış etdi.

23 aprel. Gənc Tamaşaçılar Teatrında “Dünya susur, tarix susmur” adlı ədəbi-bədii gecədə iştirak etdi.

25 aprel. Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli türk alimi İhsan Doğramacının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söylədi.

28 aprel. Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi sessiyada iştirak etdi.

X X X

Azərbaycan yeddi il idi ki, çətin vəziyyətdə, müharibə şəraitində yaşayırdı. Belə bir vaxtda təbii olaraq, insanların bəzi sahələrə, o cümlədən mədəniyyətə diqqəti azalmışdı. Buna baxmayaraq, Azərbaycan gəncləri beynəlxalq müsabiqələrdə bir sıra uğurlar qazanmışdılar. Ulu Öndər bunu yüksək qiymətləndirir, sevindirici hadisə hesab edirdi. Aprelin 8-də isə Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında beynəlxalq müsabiqələr laureatları və diplomantları ilə görüşən Heydər Əliyev bu barədə danışarkən dedi: “Bu dövrdə Azərbaycanda incəsənət sahəsində, musiqi sahəsində böyük şəxsiyyətlər - bəstəkarlar, ifaçılar, müğənnilər yetişib. Onların adları məşhurdur və bizim tariximizə yazılıb, həyatdan gedənləri də bizim üçün əzizdir, bu gün yaşayanlar da xalqımızın, cəmiyyətimizin hörməti və qayğısı ilə əhatə olunublar. Ancaq bu gün məni çox sevindirən odur ki, bizim bu böyük mədəniyyət yolu davam edir və gənc istedadlar meydana çıxır. Doğrudur, son illər xalqımız, respublikamız ağır şəraitdədir. Yeddi ildir müharibə şəraitində yaşayırıq. Cəmiyyətdə böyük ictimai-siyasi proseslər, dəyişikliklər gedir. Belə bir vaxtda mədəniyyətə bəzən diqqət də azalır. İnsanların əksəriyyəti ancaq özlərini dolandırmağa çalışır, mədəniyyətə bəzən o qədər də fikir verilmir. Ancaq belə bir dövrdə də mədəniyyətimizin, incəsənətimizin durmadan inkişaf etməsi və bunun nəticəsi olaraq gənc istedadların meydana çıxması çox sevindirici haldır”.

Heydər Əliyev respublikanın gələcək inkişafını təmin etmək üçün yeni neft strategiyası müəyyənləşdirmişdi. Bu istiqamətdə daha bir addım aprelin 12-də atıldı: Azərbaycan və Türkiyə arasında neft sahəsində əməkdaşlığa dair saziş imzalandı. Bununla bağlı keçirilən mərasimdə nitq söyləyən Heydər Əliyev yeni sazişin imzalanmasını tarixi hadisə kimi dəyərləndirdi. Ümummilli Liderin məqsədi Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi haqqında 1994-cü ilin sentyabrında imzalanmış sazişin - “Əsrin müqaviləsi”nin əhatə dairəsini daha da genişləndirmək idi. Qardaş ölkə Türkiyə ilə neft sahəsində əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət kəsb edirdi. Sazişin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə daxil oldu.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdən başlayaraq respublikanın ozamankı rəhbərliyinin səriştəsizliyi nəticəsində yaranmış sosial-iqtisadi böhranın aradan qaldırılması qarşıda duran əsas vəzifələrdən biri idi. Bu mürəkkəb vəzifə ölkə iqtisadiyyatına, o cümlədən aqrar sahəyə yeni baxış, köklü islahatlar tələb edirdi. 1995-ci il aprelin 14-də Heydər Əliyevin respublikada aqrar islahatların gedişi və kənd təsərrüfatında vəziyyətə həsr olunmuş müşavirə keçirdi. Müşavirədə islahatların gedişi, kənd təsərrüfatı işlərinin vəziyyəti geniş müzakirə olundu. Müşavirədə çıxış edən Ulu Öndər Azərbaycanın aqrar potensialı, mövcud problemlərin həlli barədə fikirlərini səsləndirdi.

Sitat: “Azərbaycanın təbiəti, torpağı, aqrar bölmənin imkanları kənd təsərrüfatında yüksək məhsul istehsal etməyə şərait yaradır. Hələ keçmiş sistemdə, yəni sosialist quruluşu dövründə, kolxoz və sovxozların mövcud olduğu dövrdə biz taxıl, pambıq, üzüm, meyvə, tərəvəz, başqa məhsullar istehsalında, digər sahələrdə bugünkündən üç-dörd dəfə çox məhsul istehsal etmişik. Amma bunlar da Azərbaycan Respublikasının təbiətinin, torpaqlarının, kənd təsərrüfatı istehsalının son həddi deyildir. Lakin indi biz 70-ci illərdə istehsal etdiyimizdən daha çox məhsul istehsal edə bilərik. Bunun da yolu yeni istehsal üsullarından istifadə etməkdir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən də istifadə etmək, islahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağın sahibi etmək, mülkiyyət formasını dəyişdirmək lazımdır. Bunun zəruriliyi aydındır. Bunu bir daha, hər dəfə sübut etməyə, təsdiq etməyə ehtiyac yoxdur. Geriyə də yol yoxdur. Ona görə də əgər biz istəyiriksə doğrudan da, həqiqətən respublikamızın təbiətindən, torpağından, suyundan, havasından, kənd təsərrüfatı imkanlarından maksimum istifadə edərək xalqımızın rifahını yaxşılaşdıraq, iqtisadiyyatı yüksəldək, kənd əhalisinin rifahını yaxşılaşdıraq, onda biz bu yolla getməliyik. Başqa, üçüncü yol yoxdur”.

1995-ci il aprelin 16-da Xalq şairi Məmməd Arazın "Azərbaycan - Dünyam Mənim" yaradıcılıq gecəsində iştirak edən Heydər Əliyev ziyalılarla görüşdü. “Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazım idi”, - deyən Ulu Öndər söhbət zamanı bu vacib prosesdə görkəmli ziyalıların xidmətlərini yüksək qiymətləndirdi: “Yaşadığımız o rejim dövründə bu prosesə açıq təkan vermək də çətin idi. Ancaq Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza kimi insanlar öz yaradıcılığı ilə bu sahədə çox işlər görüblər. Ona görə mən düşündüm: biz müstəqillik qazanmışıq, respublikamız müstəqil dövlətdir. Xalqımız milli azadlığını əldə edibdir. Bu milli azadlığın, müstəqilliyin əldə edilməsində şübhəsiz ki, xalqımızın hamısının - hərənin öz yeri, hərənin öz payı, hərənin öz xidməti var. Ancaq elə şəxsiyyətlər var ki, onlar bu işin, bu prosesin yaranmasında, formalaşmasında, inkişaf etməsində xüsusi xidmətlər göstəriblər. Bunlar, mən hesab edirəm ki, yenə də mədəniyyətimizin, ədəbiyyatımızın, şeirimizin içində olubdur”.

Ulu Öndər xaricə hər səfəri zamanı vaxt tapıb həmvətənlərimizlə görüşürdü. Ənənəyə çevrilmiş bu görüşlər soydaşlarımıza diqqət və qayğının təzahürü olmaqla yanaşı, onların Vətənə bağlılığını möhkəmlətməyə xidmət edirdi. Heydər Əliyevin Belçikaya səfəri çərçivəsində də burada və qonşu Avropa ölkələrində yaşayan soydaşlarımızla görüşündəki çıxışı bu baxımdan səciyyəvidir.

Sitat: “Şübhəsiz ki, siz, yəni Avropada yaşayan azərbaycanlılar, türklər Azərbaycanla, ölkəmizin vəziyyəti ilə maraqlanırsınız. Ancaq bilməlisiniz ki, biz - Azərbaycandakı soydaşlarınız, azərbaycanlılar da bütün dünyada yaşayan azərbaycanlılarla çox maraqlanırıq. İndi müstəqil bir dövlət olan Azərbaycan bütün dünyadakı azərbaycanlıların qayğısına qalır, onların barəsində fikirləşir, düşünür. Bəzi səbəblərə görə bir çox azərbaycanlılar Vətəndən kənarda yaşayırlar. Avropada, Amerikada, başqa qitələrdə də yaşayanlar var. Bu, müəyyən dərəcədə təbiidir, çünki bir millətdən olan adamların hamısı həmişə öz torpağında yaşaya bilməz. Bunun müsbət cəhəti də var. Həmin cəhət ondan ibarətdir ki, əgər Brüsseldə və onun ətrafında azərbaycanlılar yaşamasaydı, mən gəlib burada bir azərbaycanlı görməsəydim, özümü, şübhəsiz, pis hiss edərdim. Amma görürəm ki, bizim azərbaycanlılar Avropada yaşayır, işləyir, həyat sürürlər. Bu, sevindirici haldır”.

Ümummilli Liderin dünya azərbaycanlılarının birlik və həmrəyliyi naminə səyləri öz bəhrəsini verməkdədir. Azərbaycan diasporu bu gün mütəşəkkil qüvvəyə çevrilib və milli maraqlarımızın müdafiəsində öz sözünü zaman ötdükcə daha qətiyyətlə deyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gələcək

Fransada polis əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib

İlhamə Qədimova: Fermerlərin 75 faizi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə cəlb edilib

BMT-nin nümayəndəsi: Yəməndə döyüşlər humanitar yardımların çatdırılmasına təsir göstərir

FIFA Qavinin cəzasını qüvvədə saxlayıb

Romada Azərbaycan Milli Musiqi Günü qeyd olunub

Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır

Könül Nəsirova: Milli Musiqi Günü zəngin sənət irsimizə və milli dəyərlərə ehtiramın rəmzidir

Ekspert: Yeni lokomotivlər Azərbaycanın tranzit potensialının artırılmasına mühüm töhfə verəcək

AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək

Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyən vətəndaşlar üçün oktyabrın 2-si imtahan təşkil olunacaq

Mikayıl Mərdinli: Bakı və Abşeronun ruhu Maqsud İbrahimbəyovun əsərlərində cəmləşib

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib

Rəqəmsal dövrdə uşaqların mütaliə problemi və süni intellektin təsirləri: çıxış yolu nədir?

XXI əsrin müəllimi dövrün tələblərinə uyğunlaşmalı və müasir texnologiyaları bilməlidir - ekspert

AMEA əməkdaşlarının “Web of Science” və “Scopus” jurnallarında çap olunan məqalələrinin sayı artıb

Postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 min 300 mənzil verilib

“Qərbi Azərbaycan toponimləri lüğəti”nin II cildi işıq üzü görüb

Muxtar respublikada 24 min 608 aktiv fiziki sahibkarın 6981-i qadındır

İmişlidə mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyəti yoxlanıldı – FOTO

Azərbaycan türk dövlətləri arasında koordinasiya mərkəzinə çevrilib - ŞƏRH

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Politoloq: Azərbaycanın yürütdüyü siyasət türk dövlətləri arasında inteqrasiyaya gətirib çıxarıbVİDEO

Futbol üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Azərbaycan Strasburqda İkinci Biznes və İnsan Hüquqları Forumunda təmsil olunub

Sarıyoxuş 4 nömrəli kurqanda aparılan arxeoloji tədqiqatlar beynəlxalq mediada

Naxçıvanda qadın sahibkarların sayı açıqlandı

İsmayıl İman: Tamaşanın hər epizodunda Maqsud İbrahimbəyovun tanınan obrazını qorumağa çalışdım

Bu saata olan əsas xəbərlər

Türk dünyasının gücü ortaq dəyərlər və həmrəylikdən qaynaqlanır ŞƏRH

Səbuhi Əhmədov: Cəfərqulu xanın silah kolleksiyası “pazl” prinsipi ilə qurulub

BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Hörmüz boğazında gəmi vurulub

NBA-da çıxış edən keçmiş basketbolçu dünyasını dəyişib

Nazir müavini: Yeni qanun layihəsi istehsalçıların dəstəklənməsi və ərzaq təhlükəsizliyi baxımından mühüm addımdır

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflərini bildiriblər

Milli Musiqi Gününün növbəti ünvanı Azərbaycan Milli Konservatoriyası olub

Naxçıvanda Qadın Sahibkarlar Forumu işə başlayıb

Təbii inhisar subyektlərinin razılıq tələb edən hərəkətlərinə dövlət nəzarəti mexanizmləri izah edilib

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbul prosesinin bütün mərhələləri rəqəmsallaşdırılıb

Seulda Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verilib

İçərişəhərdə Maqsud İbrahimbəyovun əsərlərinin motivləri əsasında immersiv tamaşa təqdim olunub

“Qarabağın və Şərqi Zəngəzurun toponimlərinin izahlı lüğəti”nin I cildi nəşr olunub

Kimya İnstitutunun alimlərindən yeni texnoloji layihələr

Naxçıvanda sahibkarlara 139 təsdiqedici sənəd verilib

Azərbaycanda turizmin inkişafı ilə bağlı AMEA-nın Tədbirlər Planı hazırlanacaq

Azərbaycan Milli Xalça Muzeyinin direktoru beynəlxalq konfransda çıxış edib

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

FHN avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Azərbaycan musiqisi tarixdən gələn möhtəşəm səs

Quba Soyqırımı Memorial Kompleksini indiyədək milyondan çox insan ziyarət edib

Adil Kərimli: Üzeyir Hacıbəylinin yaradıcılığı milli musiqimizin inkişafında mühüm rol oynayıb

Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır

Deputat: Heç kəsə tarixi və mədəni irsimizi mənimsəməyə imkan verməyəcəyik

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Timur Abılayev: Azərbaycanla nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Qırğızıstan üçün prioritet məsələlərdən biridir - ŞƏRH

Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir

Almaniyada dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət not məcmuəsi nəşr olunub

Taksi sürücüləri üçün imtahanda 1398 nəfər müsabiqə şərtini ödəyib

KOBİA: Sahibkarlar 23 fəaliyyət növü üzrə lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

DTX 5 ölkədə antiterror tədbirləri keçirib, saxlanılanlar var VİDEO

Azərbaycanın həvəskar idmançıları açıq suda üzgüçülük tarixində iz qoyublar

Kimya İnstitutunun alimləri Azərbaycan-Özbəkistan birgə müsabiqəsində qalib olublar

Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib

Azərbaycan ICPEN-in Məsləhət Qrupuna üzv seçilib

Azərbaycan cəmiyyəti tarixi yaddaşına, mənəvi dəyərlərinə, ailə ənənələrinə bağlıdır - ŞƏRH

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 28 faiz artıb

® “Araz” supermarketlərdə innovativ yenilik: Ovuc ilə ödənişlər başlayıb

Rasim Musabəyov: Azərbaycan Türk dünyasının təbii mərkəzi kimi çıxış edir

Mədəniyyət və incəsənət xadimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Dünyanın ilk kəlağayı muzeyi FOTOLAR VİDEO

Bakıda Formula 1 yarışı zamanı şəhərdaxili hərəkət üçün əlavə imkanlar yaradılacaq

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Premyer Liqa: “Neftçi” 1000-ci oyununa çıxır, “Qarabağ” autsayderə qarşı

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Azərbaycan nefti 121 dollara satılır VİDEO

Tokayev ölkənin üç dövlət qurumunun rəhbərini təyin edib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Sentyabrın 18-i Milli Musiqi Günüdür

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib

“NY Post”: “Abraham Lincoln” gəmisində narkotik satdığına görə ər-arvad həbs edilib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

Xətai və Sabunçu rayonlarında qaz təchizatında fasilə yaranacaq

FT: Böyük Britaniya Aİ ilə münasibətləri yenidən qurmağa çalışır

NYT: ABŞ Ukraynadakı münaqişə bitməzdən əvvəl Rusiya ilə razılaşmalar əldə edə bilər

Husilər: Səudiyyə Ərəbistanı son sutkada Yəmənə 37 hava zərbəsi endirib

Livanda “Hizbullah” komandiri terrorizmdə ittiham olunub

SEPAH Toqo bayrağı altında üzən neft tankerinə hücum edib

ABŞ Avropadakı hərbi kontingentini üçdəbirə qədər azalda bilər

ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

ABŞ İraqın şimalında hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

“Bloomberg”: ABŞ Si Cinpinin səfərinədək Çinə yeni tarif tətbiq etməyəcək

İsveçdə seçkilərdə azərbaycanəsilli namizədlər mandat qazanıblar

Almaniya Kansleri və ABŞ Prezidenti arasında telefon danışığı olub

Böyük Britaniyada kirayə qiymətləri ilin ən yüksək artım tempinə çatıb

Bakıda Cəfərqulu xan Cavanşir və Qarabağ xanlarının silah kolleksiyasından bəhs edən kitab təqdim olunub

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının satışına razılıq verib