Xalqımız şəhidlərin əziz xatirəsini daim uca tutur
Ağdam, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımız 20 Yanvar faciəsi qurbanlarının qəhrəmanlığını unutmur, şəhidlərin əziz xatirəsini daim uca tutur. 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbimizdə əbədi yaşayacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ağdam rayonundakı “Şəhidlər” abidə kompleksini ziyarətə gəlmiş təhsil şöbəsinin məsləhətçisi Məhəmməd Aslanov deyib.
M.Aslanov bildirib ki, 1990-cı il yanvarın 20-də Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan qəhrəman oğul və qızlarımız silahlı sovet ordusunun qarşısına əliyalın çıxaraq, Vətənin azadlığını öz canlarından əziz tutdular. Xalqımızın azadlıq ruhunu boğmağa çalışan imperiya məqsədinə nail ola bilmədi. Bu azadlıq mübarizəsi 1920-ci ildə itirilmiş Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edilməsi ilə nəticələndi. Əminliklə demək olar ki, 1990-cı ildə sovet ordusunun qarşısına əliyalın çıxaraq azadlığını qazanmış Azərbaycan xalqı Qarabağın da işğaldan azad edilməsinə nail olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]