Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib
Bakı, 24 sentyabr, AZƏRTAC
2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.
Azərbaycan Prezidentinin Administrasiyasından AZƏRTAC-a bildirilib ki, növbəti addım olaraq, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib. Qeyd edək ki, hələ 2021-ci ildə "Azərenerji" tərəfindən tikilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "Şuşa" yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq "Azərenerji" və "Azərişıq" əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib. Artıq Xankəndidə Azərbaycan işığı yanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:03]
Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu işə başlayır
- 21.09.2026 [10:17]
Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
- 20.09.2026 [20:21]
Bu saata olan əsas xəbərlər
- 20.09.2026 [20:00]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:44]