Xankəndidə “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa keçirilir
Xankəndi, 11 sentyabr, AZƏRTAC
Xankəndi şəhərində “Regional məşğulluq ekosisteminin qurulması: İşəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən Qarabağda və Şərqi Zəngəzurda sakinlərin layiqli yaşayışının təminatı istiqamətində görülən işlərə dair təqdimatlar ediləcək. Bu istiqamətdə, həmçinin işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunacaq.
Müxbir - Tahir Ağaməmmədov