XANTI-MANSİYSKDƏ FƏRMAN SALMANOVUN ABİDƏSİ QOYULACAQ
AZƏRTAC xəbər verir ki, “Yuqra-İnform” agentliyinin yaydığı məlumata görə, Xantı-Mansiysk Muxtar Mahalında - Yuqra şəhərində görkəmli soydaşımız, tanınmış neftçi, mühəndis-geoloq, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru Fərman Salmanovun abidəsinin layihəsinin hazırlanması və ucaldılması üçün müsabiqə elan olunmuşdur.
Xantı-Mansiysk Geologiya, Neft və Qaz Muzeyindən bildirmişlər ki, Yuqra Dövlət Sifarişi İdarəsi, mədəniyyət və incəsənət, habelə neft, qaz və mineral ehtiyatlar departamentlərinin təşkil etdikləri müsabiqədə bu fəaliyyət növü ilə məşğul olmağa rəsmi icazəsi olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Fərman Salmanov 40 ilə yaxın Qərbi Sibirdə işləmiş, iri geoloji kəşfiyyat işlərinin rəhbəri olmuş, 150 unikal neft və qaz yatağı kəşf etmişdir.
Xantı-Mansiysk və Yamal-Nenets muxtar mahallarının, Surqut şəhərinin, Texas ştatının və Çinin Szinçjou şəhərinin fəxri vətəndaşı olan soydaşımız bir çox kitabların müəllifidir. Ayrı-ayrı illərdə Azərbaycanın və Rusiyanın ali qanunvericilik orqanlarının deputatı olmuşdur. F.Salmanov neft sənayesinin inkişafındakı xidmətlərinə görə bir çox fəxri adlara layiq görülmüş, orden və medallarla, o cümlədən müstəqil Azərbaycanın ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilmiş, adı “Rusiyanın ən yaxşı insanları” ensiklopediyasına salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.07.2025 [15:10]
Azərbaycan diasporu Ukraynada milli-mənəvi dəyərlərimizi yaşadır
- 05.07.2025 [13:41]
UNESCAP-ın 82-ci sessiyasına hazırlıq işləri müzakirə olunub
- 18.06.2025 [16:35]
Aktauda I Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi təşkil edilib
- 12.06.2025 [13:03]
Oksford Universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub
- 10.06.2025 [18:53]