XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ BRİFİNQ KEÇİRİLMİŞDİR
A.Əzimov bildirmişdir ki, iclasda Azərbaycanı xarici işlər naziri Elmar
Məmmədyarovun başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir. E.Məmmədyarov tədbirdə çıxış edərək, gündəlikdə duran məsələlərə dair Azərbaycanın mövqeyini açıqlamışdır.
Nazir müavininin sözlərinə görə, müəyyən siyasi səbəblərdən iclasda bəzi sənədlər, o cümlədən ümumi bəyannamə qəbul edilməmişdir. Xarici işlər naziri E.Məmmədyarov səfər çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində atılacaq növbəti addımları müzakirə etmişdir.
Xarici işlər naziri iclas çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]