Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici müdaxilələr və hibrid təhdidlər

Xarici müdaxilələr və hibrid təhdidlər

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası davamlı inkişaf yolunda tarixi nailiyyətlər əldə edərək dünya birliyində böyük nüfuz qazanıb. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad olunub. 2023-cü ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilərək separatizmə birdəfəlik son qoyulub. Tarixi ədalətin təntənəsi olan bu hadisə beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətlər tərəfindən obyektiv qiymətləndirilir, Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Təəssüf ki, bütün bunları həzm edə bilməyən, erməni lobbisinin təsiri altında olmaqla ikili standartlar mövqeyi tutan bəzi Qərb dairələri xarici müdaxilələr və hibrid təhdidlər vasitəsilə Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar.

COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi qərarının verilməsindən sonra xarici dairələrin ölkəmizə qarşı böhtan kampaniyası və ideoloji təxribatları güclənib. Hakimiyyətin əldə etdiyi uğurlara kölgə salmaq, ölkəmizin dünyada qazandığı nüfuza xələl gətirmək və əsassız bəyanatlarla ictimai rəyi çaşdırmaq üçün mediada və sosial şəbəkələrdə hər cür vasitələrə əl atılır.

Bu fikirlər fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimovun “Xarici müdaxilələr və hibrid təhdidlər” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Prezident İlham Əliyev bu il sentyabrın 23-də VII çağırış Azərbaycan Milli Məclisinin ilk iclasında bildirmişdir ki, xarici dairələrin, xüsusilə Ermənistanın arxasında dayanan ölkələrin qəbul etdikləri qərarlar, qətnamələr və açıqlamalar verməsi ölkəmizə qarşı çirkin oyunların hələ bitmədiyini göstərir. Azərbaycanın uğurlarını həzm edə bilməyənlər yeni planlar hazırlayır. Qarayaxma, iftira və böhtan kampaniyalarının da məqsədi məhz budur. Azərbaycan Prezidenti qeyd edib: “Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur”. Dövlətimizin başçısının çıxışından göründüyü kimi, xarici müdaxilələrin və hibrid təhdidlərin qarşısının alınması vacib məsələlərdən biridir. Buna görə də Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 30 sentyabr tarixli qərarı ilə parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması Prezident İlham Əliyevin çıxışından irəli gələn mühüm addımlardan biri oldu.

Hazırda xarici dairələrin böyük canfəşanlıqla ölkəmizlə bağlı əsassız ittihamlar irəli sürməsi 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə isə I Avropa Oyunlarının keçirildiyi günləri xatırladır. Həmin vaxt Azərbaycan adıçəkilən tədbirlərə ev sahibliyi edirdi, indiki kimi, erməni diasporunun təsiri ilə ölkəmiz davamlı olaraq hibrid təhdidlərə məruz qalır, beynəlxalq təşkilatlarda qeyri-obyektiv xarakterli qətnamələr qəbul edilir, dünya dövlətlərini respublikamızda keçiriləcək tədbirlərdə iştirak etməkdən çəkindirməyə çalışılırdı. Məlumdur ki, həmin mənfur niyyətlər baş tutmadı, hər iki tədbir ölkəmizdə yüksək səviyyədə təşkil edilərək keçirildi.

Əvvəllər olduğu kimi, yenə də anti-Azərbaycan xarici dairələrin xətti ilə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün qərəzli sənədlər olunur, feyk məlumatlar əsasında “araşdırmalar” dərc edilməklə beynəlxalq ictimai rəydə yanlış təsəvvürlərin formalaşmasına çalışılır. Əslində, bu il oktyabrın 3-də ABŞ-ın bir qrup konqresmeninin bu ölkənin Dövlət katibinə müraciəti və Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnamə Azərbaycana qarşı hibrid təhdidlərin təzahürüdür. Xalqımız bu cür əməllərin mahiyyətinə yaxşı bələddir, eləcə də erməni təəssübkeşliyi çəkən xarici dairələrin sifarişi ilə Qərb mətbuatında irəli sürülən iftiraların, ikili standartlar siyasətinin dəfələrlə şahidi olub.

Xarici dairələrin ədalətdən və insan hüquqlarından danışmağa mənəvi haqları yoxdur. Çünki onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, işğal dövründə şəhərlərin və digər yaşayış məntəqələrinin, infrastruktur obyektlərinin tamamilə dağıdılması və xalqımızın milli-mədəni irsinin məhv edilməsi faktlarına bilərəkdən göz yummuşlar. Münaqişənin həlli üçün Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda yeni gəldikdə ermənilərin mövqeyini müdafiə etmiş, onların işğalçılıq siyasətini davam etdirmələrinə açıq və gizli şəkildə dəstək vermişlər.

Xarici dairələr ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olması faktını qəbul edərək, Ermənistanı beynəlxalq hüquqi norma və prinsiplərin tələblərinə riayət edib Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırmaqdansa, tamamilə fərqli mövqe tutur. Onlar Ermənistanda revanşist meyilləri gücləndirməklə regionda yenidən münaqişənin alovlandırılmasına çalışırlar. Bu cür niyyətdə olanların COP29-a siyasi rəng verərək, ölkəmizi müxtəlif bəhanələrlə ittiham etmələri heç bir məntiqə sığmır.

Tarixə nəzər salsaq görərik ki, dünyada geosiyasi gərginlik, siyasi toqquşmalar və iqtisadi böhranların yaranmasının əsas səbəblərindən biri də Qərbin hibrid təhdidləri ilə bağlıdır. Sovet İttifaqının süquta uğraması ilə “soyuq müharibə” başa çatdıqdan sonra güman edilirdi ki, Qərb demokratiya, insan hüquqlarının qorunması adı altında geosiyasi və geoiqtisadi maraqlarını həyata keçirmək, bu prosesdə onun göstərişləri ilə razılaşmayan ölkələrin daxili işlərinə müdaxilə etmək niyyətlərindən əl çəkəcək. Lakin çox keçmədən dünyada baş verən hadisələrdən aydın oldu ki, Qərb müəllifi olduğu “yeni dünya nizamı” çərçivəsində ənənəvi hibrid təhdidlərlə beynəlxalq münasibətləri özü istədiyi kimi formalaşdırmağa və istiqamətləndirməyə çalışır.

Qərbin hibrid təhdidləri çərçivəsində 1990-cı illərdə Balkandakı münaqişələrdə, xüsusilə Bosniya və Kosovo müharibələrində hərbi müdaxilə və iqtisadi sanksiyalardan istifadə edilmişdir. 2010-cu ildə “Ərəb baharı”nın başlaması birbaşa Qərbin hibrid təhdidlərinin nəticəsi olmuş, vətəndaş müharibəsi, iqtisadi böhranlar və siyasi-hərbi toqquşmaların gedişində kütləvi insan tələfatı ilə nəticələnən bu prosesin miqyasının daha genişlənərək digər dövlətlərə yayılmasına çalışılmışdır. Qərbin hibrid təhdidləri nəticəsində alovlandırılan münaqişələrdən biri də Ukrayna ilə Rusiya arasındakı müharibədir.

Cənubi Qafqaz da Qərb dairələrinin hibrid təhdidlərinin regional məkanlarından biridir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olmayan Qərb dairələri hazırda Gürcüstanı hədəf seçərək cidd-cəhdlə bu ölkədə daxil qarşıdurmalar yaratmağa çalışır. Xüsusilə oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri Qərbin regionda geosiyasi niyyətlərini iflasa uğratmışdır. Mövcud vəziyyətlə barışmaq istəməyən Qərb dairələri Gürcüstana qarşı iqtisadi təzyiq göstəriləcəyini, siyasi xarakterli problemlərlə üzləşdiriləcəyini açıq şəkildə bəyan edir ki, bu da hibrid təhdidlərin klassik nümunələridir.

Hibrid təhdidlər: çoxpilləli strategiyalar və taktikalar

Əvvəlki dövrlərlə müqayisədə hazırda hibrid təhdidlərin miqyası daha genişlənib. Bunun əsas səbəbləri yeni texnologiyaların, xüsusilə informasiya, kibersistemlər sahəsində inkişafın hibrid təhdidlər üçün yeni imkanlar yaratması, dünyanın geosiyasi mənzərəsində özünü göstərən qeyri-müəyyənliklər, asimmetrik xarakterli münaqişələrin sayının artması, beynəlxalq institutların fəaliyyətində müşahidə edilən zəiflik, bəzən onların praktiki addımlar atmaqdan daha çox heç bir kəsəri olmayan deklarativ bəyanatlar verməklə kifayətlənməsi kimi amillərdir.

Hibrid təhdidlər rəqiblərin xarakterinə, strategiyalarına, metodlarına görə asimmetrik və simmetrik olmaqla bir-birindən fərqlənir. Asimmetrik hibrid təhdidlər adətən tərəflərdən birinin zəif olduğu qeyri-bərabər qüvvələrdən (məsələn, üsyançılar nizami orduya qarşı) istifadəyə əsaslanır. Burada partizan müharibəsi, kiberhücumlar, təbliğat və terror taktikalarına əl atılır. Simmetrik hibrid təhdidlərdə tərəflər güc və imkanlar baxımından bərabər üstünlüyə malikdir. Bu təhdidlər zamanı hərbi əməliyyatlarla müasir texnologiyaların (dronların istifadəsi, kiberhücumlar və s.) birgə kombinasiyası tətbiq olunur, ənənəvi və qeyri-ənənəvi metodlara əsaslanan strateji planlaşdırma hazırlanaraq həyata keçirilir.

Hibrid təhdidlərin metodları özündə müxtəlif strategiya və taktikaları ehtiva edir ki, onların sırasında informasiya müharibəsi, kiberhücumlar, proksi qüvvələrdən istifadə, iqtisadi təzyiq və ənənəvi hərbi əməliyyatlar mühüm yer tutur.

İnformasiya müharibəsində dezinformasiyalar yaymaq yolu ilə vətəndaşların dövlət institutlarına, mediaya inamının sarsıdılmasına, hansısa siyasi qüvvəni dəstəkləmək, yaxud onu sıradan çıxarmaq üçün ictimai rəyin formalaşdırılmasına, sosial münaqişələrə səbəb ola biləcək xaos və qarşıdurmaların yaradılmasına çalışılır. Qeyd edək ki, dezinformasiya yaymaq metoduna xüsusi əhəmiyyət verilməsi daha çox sosial psixoloji səbəblərdən irəli gəlir. Burada əsas məqsəd dezinformasiya vasitəsilə qarşı tərəfi çaşdırıb onun real vəziyyəti obyektiv qiymətləndirməsinə çətinlik yaratmaqdan ibarədir. Ona görə də hibrid təhdidlərdə dezinformasiyaya əhali arasında narazılıq və çaxnaşma yaratmağın vasitələrdən biri kimi baxılır.

Dezinformasiyadan istifadəyə xüsusi önəm verilməsinin əsas səbəblərindən biri də maliyyə ilə bağlıdır. Belə ki, dezinformasiyanın yayılmasını təşkil etmək hərbi əməliyyatlardan daha az maddi resurs tələb etdiyindən ona sərfəli strateji metod kimi yanaşılır. İnformasiya müharibəsi aparan tərəf özünün maraqlarına cavab verən siyasi qüvvələri dəstəkləyir, rəqib hesab etdiyi ölkələr haqqında isə beynəlxalq aləmdə mənfi imicin formalaşdırılmasına cəhd göstərir. İnformasiya müharibəsində əsas diqqət bilavasitə insanların fikir və davranışlarına təsir etmək məqsədilə məlumat və qavrayışın manipulyasiyasına yönəldilir. Bu məqsədlə mediadan, sosial şəbəkələrdən dezinformasiya və təbliğat platforması olaraq fəal şəkildə istifadə edilir.

Kiberhücumlar ənənəvi hərbi münaqişələrin elementləri ilə rəqəmsal strategiyaların birləşməsinə əsaslanır. Hakerlər vasitəsilə ələ keçirilmiş hesablar və saytlarda dezinformasiyanın yayılmasına üstünlük verilir ki, burada əsas niyyət insanları informasiyanın doğru, yaxud yalan olmasını ayırd etməkdə çətinliyə yuvarlamaqdır. Zərərli proqramlardan istifadə etməklə məlumatlar nəinki oğurlanır, hətta onların mahiyyəti bilərəkdən dəyişdirilir. Müxtəlif sektorlara (maliyyə, səhiyyə və s.) kütləvi kiberhücumlar vətəndaşlarda çaxnaşma, narazılıq yaratmaq məqsədi güdür.

Proksi qüvvələrdən istifadə dedikdə, xarici oyunçunun sifarişini yerinə yetirən, lakin müstəqil fəaliyyət görüntüsü ilə pərdələnən marionet qrupların yaradılması və idarə olunması nəzərdə tutur. Münaqişələr vasitəsilə gərginlik yaratmaq niyyəti güdən, zərərli ideologiyaların yayılması məqsədi daşıyan, xarici oyunçunun mövqeyini gücləndirməyə çalışan bu qruplar cidd-cəhdlə kənar aktorlarla işbirliyini gizlətməyə cəhd edir. Xarici aktor da öz növbəsində proksi qüvvələrlə əlaqəsinin olduğunu bildirməkdə həvəsli görünmür ki, beynəlxalq hüquqi normalarla bir araya sığmayan əməllərinə görə (məsələn, ölkələrin daxili işlərinə müdaxilə və s.) məsuliyyətdən yayına bilsin.

İqtisadi təzyiq qarşı tərəfin iqtisadiyyatına və maliyyə sabitliyinə təsir etməklə onu zəiflətməyə yönəlmiş metoddur. Burada iqtisadi sanksiyalar tətbiq etməklə geosiyasi məqsədlərə nail olunması əsas yer tutur. Hədəf seçilmiş ölkədə iqtisadi vəziyyətin ağırlaşmasına çalışılır ki, cəmiyyət siyasi-iqtisadi böhrana sürüklənsin və əhalidə dövlətə qarşı narazılıq yaransın. Maliyyə institutları, bank sistemləri və ödəniş infrastrukturunun fəaliyyətinə maneçilik törətməklə iqtisadi xaosun yaradılması, neft, qaz və digər təbii sərvətlərin ələ keçirilməsi, yaxud onlara çıxışın qarşısının alınması ilə əks tərəfin iqtisadiyyatının zəiflədilməsinə cəhd edilir. Maliyyə bazarlarında valyuta və səhm qiymətlərində kəskin dalğalanmalara səbəb ola biləcək çaxnaşma yaratmaq üçün iqtisadi dezinformasiya üsuluna əl atılır.

Hərbi əməliyyatlardan istifadə olunması hibrid təhdidlərin digər metodlarından fərqlənir. Belə ki, hərbi əməliyyatlarda silahlı qüvvələr və hərbi texnika vasitəsilə hədəf seçilmiş ölkənin ərazisinin ələ keçirilməsi, yaxud hərbi obyektlərinin məhv edilməsi nəzərdə tutulur, hibrid təhdidlərin qeyri-ənənəvi metodları (dezinformasiya, kiberhücumlar və s.) isə siyasi-ideoloji xarakter daşıyır.

Hibrid təhdidlərin ideoloji və qlobal təhlükəsizliyə təsiri

Hibrid təhdidlərin ideoloji təhlükəsizliyə təsiri müxtəlif istiqamətlərdə özünü göstərir. Milli kimliklə, adət-ənənələrlə uzlaşmayan yad dəyərlərin, radikal və ekstremist ideologiyaların yayılmasına çalışılır. İdeoloji təxribatlar yolu ilə dövlətin siyasətinə kölgə salınır, ictimai-siyasi sabitliyin zorakı vasitələrlə pozulmasına cəhd edilir. İdeoloji təxribatların həyata keçirilməsində sosial medianın imkanlarından geniş istifadə olunur.

Hədəf götürülmüş ölkəni beynəlxalq aləmdə nüfuzdan salmaq, ideoloji və qlobal təhlükəsizliyə təhdid yaratmaq üçün müxtəlif metodlar tətbiq edilir. Xüsusilə xarici ictimai rəyə hesablanmış siyasi, sosial-iqtisadi xarakterli yanlış məlumatlar yayılır. Dövlət orqanlarının elektron informasiya ehtiyatları sisteminə qanunsuz müdaxilələr yolu ilə əldə edilən məlumatlardan kompromat kimi istifadə olunur, müxtəlif media kanalları, o cümlədən sosial şəbəkələr vasitəsilə dünya birliyində ölkə haqqında mənfi imicin yaradılmasına çalışılır. Hətta vətəndaş müharibəsinin baş verməsi üçün siyasi-iqtisadi metodlara əl atılır. Müxalif siyasi qruplar və etnik-dini icmalar qeyri-şəffaf yollarla maliyyələşdirilərək pozuculuq əməlləri törətməyə sövq edilir.

Bəzən beynəlxalq təşkilatlar da iqtisadi təzyiq vasitəsi kimi hibrid təhdidlərin həyata keçirilməsinə cəlb olunur. Bu təşkilatların xətti ilə maliyyə resurslarına, ticarətə və vacib əhəmiyyət daşıyan texnologiyaların əldə olunmasına çıxış məhdudlaşdırılmaqla ölkələrə qarşı sanksiyaların tətbiqi kampaniyası daha da genişləndirilir. Hətta hədəf seçilmiş tərəfə kollektiv təzyiq göstərilməsi üçün beynəlxalq koalisiyalar formalaşdırılır.

Hibrid təhdidlərin qarşısının alınması yolları

Hibrid təhdidlərin qarşısının alınması kompleks yanaşma, siyasi-iqtisadi vasitələri özündə birləşdirən koordinasiyalı fəaliyyətin göstərilməsini tələb edir. Bu məqsədlə siyasi sahədə:

• şəffaflığın, hesabatlılığın və dövlət orqanlarına etimadın artırılması yolu ilə dezinformasiyalara həssaslığın azaldılması;

• informasiya təhlükəsizliyinin gücləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin aparılması;

• ictimai rəyin qeyri-obyektiv istiqamətdə formalaşdırılması, idarə olunması niyyətlərinin media və sosial şəbəkələr vasitəsilə ifşa edilməsi;

• hibrid təhdidlərə qarşı mübarizədə digər dövlətlərlə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi;

• kibercinayətkarlıq, radikalizm və ekstremizm ilə mübarizəyə dair qanunvericiliyin təkmilləşdirilməsi;

• informasiya hücumlarının qarşısının daha səmərəli şəkildə alınması üçün kibermüdafiə sistemlərinin gücləndirilməsi;

• əhalinin siyasi şüur və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə siyasi-ideoloji təbliğat işinin səmərəli təşkili və s.

İqtisadi sahədə:

• davamlı iqtisadi inkişaf vasitəsilə iqtisadi manipulyasiya və sanksiyalara qarşı həssaslığın azaldılması;

• xarici amillərdən asılılığı azaltmaq üçün davamlı təchizat zəncirinin yaradılması;

• əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün təsirli iqtisadi-maliyyə tədbirlərinin görülməsi və s.

Yuxarıda göstərilənləri ümumiləşdirsək aydın olur ki, müasir dövrdə yeni texnologiyaların sürətli inkişafı hibrid təhdidlərin həyata keçirilməsi imkanlarını artırır. Bu təhdidlər ölkələrarası və ölkədaxili münaqişələrin yaradılması, eləcə də idarə olunmasının əsas amillərindən biridir. Azərbaycan dövləti də mütəmadi olaraq hibrid təhdidlərlə üzləşir. Lakin onlar Prezident İlham Əliyevin qətiyyətli siyasəti, xalq-iqtidar birliyinin nəticəsində iflasa uğrayır. Müasir dünyada geosiyasi gərginliyin getdikcə güclənməsi xarici müdaxilələrin və hibrid təhdidlərin artacağını göstərir. Bu cür mənfi proseslərin qarşısının alınması üçün dünyanın sülhsevər dövlətləri arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi vacib əhəmiyyət daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib