Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində olublar
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 15-də xarici ölkələrin Azərbaycana akkreditə olunmuş hərbi attaşeləri Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” və “Araz” zavodlarında olublar.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tanışlıq məqsədilə keçirilən tədbirdə 19 ölkədən 29 nümayəndə iştirak edib.
Hərbi attaşelərə nazirliyin müəssisələri ilə bağlı geniş məlumat verilib. Müəssisələrlə tanışlıq zamanı istehsal olunan müdafiə təyinatlı məmulatlara baxış keçirən qonaqlar istehsal prosesini yaxından izləyiblər.
Sonda hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]