Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 16-sı axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə - Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6° enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:31]
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
- 13.10.2026 [15:51]
ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür
- 13.10.2026 [15:45]
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO
- 13.10.2026 [14:42]
Azərbaycanda polad konstruksiyalar üzrə yeni elmi-texniki kitab nəşr olunub
- 13.10.2026 [14:27]