Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətai rayonunda şəhid Həmid Abbasbəylinin xatirəsi anılıb

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də İkinci Fəxri xiyabanda Bakının Xətai rayonundan olan, Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Həmid Cavanşir oğlu Abbasbəylinin xatirəsi ehtiramla yad edilib.

AZƏRTAC xəbər verir ki, şəhid zabitin məzarı önündə keçirilən anım mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Anım mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev şəhid Həmid Abbasbəylinin ailəsinə başsağlığı verərək onlara Allahdan səbir diləyib. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Diqqətə çatdırıb ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.

Şəhidin anası Gülnar Abbasbəyli anım mərasimində çıxış edərək söyləyib ki, Vətən, torpaq, xalq yolunda şəhid olmaq böyük şərəfdir: “Əbəs yerə deməyiblər ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Həmidin ən böyük arzusu doğma torpaqlarımızın erməni tapdağından azad edilməsi idi. Allaha şükürlər olsun ki, Həmid kimi igid oğullarımızın sayəsində Vətən torpaqlarımız yağı düşməndən təmizləndi və dövlətimizin ərazi bütövlüyü təmin edildi. Həmid kimi qəhrəmanlar gənc nəslə örnəkdir. Oğlumla fəxr edirəm. Bu gün bir şəhid anası kimi mənim ən böyük təsəllim odur ki, qədirbilən xalqımız Həmidin əziz xatirəsini hər zaman ehtiramla yad edəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Xalq artisti Əli Nur çıxış edərək bildirib ki, şəhidlərimiz Azərbaycanın ərazi bütövlüyünü bərqərar etdilər, onlar heç zaman unudulmayacaqlar: “Onlar yenilməz Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətini göstərdilər. Təkcə erməni quldurlarına deyil, bizi sevməyən digər anti-Azərbaycan dairələrə qarşı da öz mövqelərini qəti şəkildə ortaya qoydular, böyük şücaət nümayiş etdirdilər. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimiziə şəfa diləyirəm. Şəhidlərimizi böyüdən valideynlərə təşəkkür edirəm ki, belə qəhrəman övladlar yetişdiriblər. Gənclərimizin hər biri bu qəhrəmanların şərəfli həyat və döyüş yollarını öyrənməlidir.”

Tədbirdə Xalq artisti Əli Nur, həmçinin məktəblilər Vətən haqqında şeirlər səsləndirdilər.

Şəhid Həmid Abbasbəylinun ruhuna dualar oxunub, məzarı üzərinə əklillər, tər gül-çiçək dəstələri düzülüb.

Daha sonra anım mərasimi şəhid baş leytenant Həmid Abbasbəylinin xatirəsinə Xətai rayonunun Babək prospekti, 70 ünvanında ucaldılan abidə kompleksinin qarşısında davam etdirilib.

Mərasimdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib ki, bu gün çox müqəddəs bir tədbirə toplaşmışıq: “Bu anım mərasimində Vətənimizin bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Həmid qardaşımızı yad edirik. O, cismən bizdən ayrılsa da, əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Həmid kimi igidlərimiz Azərbaycanın qəhrəmanlıq tarixini yazan insanlardır. Hər bir gənc onların həyatını, döyüş yolunu öyrənməli, qəhrəmanlıq yolundan bəhrələnməlidir. Biz şəhidlərimizin Azərbaycanın qəhrəmanlıq tarixində müqəddəs bir rol oynadıqlarının şahidləri kimi onları daim minnətdarlıq hissi ilə anacaq və işıqlı əməllərini qəlbimizdə əbədi yaşadacağıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan Ordusu şücaəti, cəsarəti və xalqımızın birliyi ilə dəmir yumruğa çevrilərək yağı düşmənin başını əzdi, işğalçı Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı. Təxminən bir il bundan əvvəl Azərbaycan möhtəşəm bir tarix yazdı. Bugünkü tədbirdə tarixi Qələbənin qazanılmasında iştirak edən əsgər və zabitlərimiz iştirak edirlər. Azərbaycanın qəhrəmanlıq tarixində onların xidmətləri əvəzolunmazdır”.

V.Rəhimzadə qeyd edib ki, bu günlər hər bir azərbaycanlı bir daha bu qəhrəmanlıq tarixini qəhrəman şəhidlərimizin əziz xatirəsinə sonsuz minnətdarlıq duyğusu ilə yada salır: “Bu qəhrəmanlarımız bizim ən müqəddəs insanlarımızdır. Onlar bizim qəlbimizdə daim yaşayacaqlar, var olacaqlar. Bu insanlar təkcə öz valideynlərinin övladları deyil, bütün Azərbaycan xalqının övladlarıdır. Bundan sonra hər bir insan şəhid Həmid Abbasbəylinin abidə kompleksinin qarşısından keçərkən qəhrəmanlarımızı yada salacaq, onların şücaətinin Azərbaycan tarixində nə qədər möhtəşəm rol oynadığını bir daha xatırlayacaq. Mən Həmid qardaşımızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Qazilərimizə cansağlığı arzu edirəm. Bütün şəhid valideynlərinin qarşısında baş əyirəm, çünki onlar qəhrəman övladlar böyüdüblər. Qəhrəman yetişdirmək hər adama nəsib olmur. Şəhidlərimizin valideynləri də qəhrəmandırlar. Ona görə də bizim hər birimiz bu qəhrəmanlarla öyünürük. Hər bir insan qürur hissi keçirə bilər ki, Azərbaycanın belə igid övladları var. Onlar bizim qürurumuzun, qeyrətimizin varlığını təsdiq etdilər. Onlar Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda canlarını fəda etdilər. Şəhidlərimiz Azərbaycan tarixində əbədi yaşayacaqlar. Zaman keçdikcə hər birimiz onların nə qədər müqəddəs bir yolun yolçusu olduqlarını daha dərindən dərk edəcəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Tədbirdə çıxış edən Xalq artistləri Əli Nur, Azad Şükürov ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıdan geniş danışıblar, Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimizin göstərdikləri şücaətdən söz açıblar. Onlar, həmçinin Vətənə həsr olunan şeirlər səsləndirdilər.

Sonra şəhidin döyüş yoldaşları çıxış edərək Həmidin Vətənə, dostluğa sədaqətindən, peşəkarlığından danışıblar.

Anım mərasimində şəhidin anası Gülnar Abbasbəyli çıxış edərək göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Sonra şəhidin abidə kompleksinin qarşısına əklil qoyulub, tər gül-çiçək dəstələri düzülüb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb