Xeyrullah Xatəmi: Bəndər-Abbas limanına gələn yüklər Azərbaycandan keçməklə Rusiya və Avropaya daşınacaq
Tehran, 2 mart, AZƏRTAC
Hindistandan İranın Bəndər-Abbas limanına daxil olan yüklər Azərbaycan ərazisindən keçməklə Rusiya və Avropaya daşınacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xatəmi deyib.
O bildirib ki, bir neçə gündən sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi İran Prezidentinin iştirakı ilə istismara veriləcək. İran və Azərbaycanın Astara şəhərlərini birləşdirən dəmir yolu artıq istifadəyə verilib. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir.
X.Xatəminin sözlərinə görə, Asiya ilə Avropanın nəqliyyat baxımından birləşməsinə bir addım qalıb. Bu addım isə Rəşt-Astara yolunun tikintisinin yekunlaşmasıdır. Bundan sonra Hindistan nəqliyyat baxımından Avropa ilə birləşəcək: “Yüklərin çatdırılma vaxtı 20 gün, nəqliyyat xərcləri isə 40 faizə qədər azalacaq. Bu yolla ildə 30 milyon ton yük daşınacaq”.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]