Xəzər dənizində birgə donanma yaradılması istiqamətində işlər davam edir
Bakı, 9 iyul, AZƏRTAC
Özbəkistan ilə Azərbaycan nəqliyyat infrastrukturu və dəniz logistikasının inkişafı layihələri, eləcə də Xəzər dənizində birgə donanma yaradılması istiqamətində birgə işləri davam etdirir. Bununla yanaşı, Özbəkistanın “Özbəkdəmiryolkarqo” ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin birgə müəssisə yaratmaq planı da həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistanın sərmayə, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev yerli mətbuata açıqlamasında deyib.
O bildirib ki, Bakı Beynəlxalq Dəniz Limanı əhəmiyyətli mövqedə yerləşir və Özbəkistana Orta Dəhliz vasitəsilə beynəlxalq bazarlara çıxışı təmin edir.
“Bu istiqamətdə yükdaşımanın həcmi artmaqda davam edir ki, bu da ixracatçılar üçün çox səmərəlidir. Özbəkistan Azərbaycan ilə birlikdə Orta Dəhlizin rəqabətədavamlılığını artırmaq üzərində iş aparır. Bu tədbirlər nəqliyyat xərclərinin azalmasına və yüklərin təhlükəsiz olaraq vaxtında mənzilbaşına çatdırılmasını təmin edəcək”, - deyə nazir müavini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]
Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub
- 10.08.2026 [15:06]